Türkiyəyə yardım göndərmək istəyənlərin nəzərinə!
Tarix: 7-02-2023, 13:11
Baxılıb: 331
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyəyə yardım göndərmək istəyənlərin nəzərinə!

7-02-2023, 13:11

Azərbaycanda Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardım toplanmasına başlanılıb.
Publika.az xəbər verir ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.
Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.
Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ