Molla rejimindən geri addım, yoxsa hiyləgər gediş?
Tarix: 7-02-2023, 10:53
Baxılıb: 338
Google+ Paylaş
Tumblr Paylaş

Molla rejimindən geri addım, yoxsa hiyləgər gediş?

7-02-2023, 10:53

İranda minlərlə etirazçı azadlığa buraxılır; politoloq: “İranda etirazların yeni dalğasının olacağı istisna edilmir”

İran hakimiyyəti ölkədə etirazçılar da daxil olmaqla, on minlərlə məhbusu əfv edib. İRNA agentliyinin məlumatına görə, əfv “İslam İnqilabı”nın qələbəsinin 44-cü ildönümü və Rəcəb ayının şərəfinə həyata keçirilib.
Bildirilib ki, əfv təklifi ilə məhkəmə sisteminin rəhbəri Qulam-Hüseyn Mohseni-Ejei çıxış edib. Qeyd olunur ki, əcnəbilərin xeyrinə casusluqda ittiham olunanlar, eləcə də qətl törədənlər və ya ictimai binaların dağıdılması və yandırılmasında iştirak edənlər amnistiyaya düşməyəcək.
Fars-molla rejiminin bu “ürəyi yumşaqlığı”nın davam edən etirazlara təsiri olacaqmı?
Deputat Ceyhun Məmmədovun atası vəfat etdi
Ceyhun Məmmədov
Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, İranda baş verən iğtişaşların kökü dərindir. “Yeni Müsavat”a açıqlamasında millət vəkili qeyd etdi ki, qarşıdurmaların qısa zamanda aradan qalxacağını düşünmək sadəlövhlük olardı: “On minlərlə məhbusun əfv edilməsi yaranmış gərginliyin azalmasına təsirini göstərəcək. Buna baxmayaraq, məsələ bununla bitmir. İranda vətəndaşların hüquqlarının qorunması, azadlığın təmin olunması istiqamətində addımların atılmasına ehtiyac var. Bütün hallarda hesab edirəm ki, addımlar davamlı olmalıdır”. 
Əhəd Məmmədli: "İndi gördünüzmü Türkiyədən bizə nə?!"
Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, İranda amnistiya aktları tez-tez imzalanır. O hesab edir ki, bu, vəziyyətin nisbətən sakitləşməsi üçün atılan addımdır: “Əfvin iğtişaşlara nə dərəcədə təsir edəcəyini zaman göstərəcək. İranda etirazlar nisbətən səngiyib, məlumdur ki, İranda zəlzələ olmuşdu, bu da proseslərə öz təsiri göstərmişdi. İranda etirazların yeni dalğasının olacağı istisna edilmir”.
O ki qaldı müharibə ehtimalına, siyasi şərhçinin fikrincə, yaxın zamanda İrana hərbi müdaxilə edilməyəcək, çünki Qərb güclü ölkələrə qarşı müharibələrdə birbaşa iştirak etmir: “Qərb başqa yollardan istifadə edərək ölkələri çökdürməyə çalışır. Biz bunu ən son Rusiya-Ukrayna müharibəsində aşkar gördük. Qərb o vəziyyətdə deyil, özünün kifayət qədər problemləri var: enerji, qaz, Rusiya ilə qarşıdurma və s. Buna görə də Qərbin İrana qarşı hər hansı hərbi müdaxilə edə biləcəyini düşünmürəm”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ