Qərbdən növbəti absurd hesabat - monoetnik Ermənistan Türkiyədən “demokratik” imiş!
Tarix: 7-02-2023, 09:27
Baxılıb: 309
Google+ Paylaş
Tumblr Paylaş

Qərbdən növbəti absurd hesabat - monoetnik Ermənistan Türkiyədən “demokratik” imiş!

7-02-2023, 09:27

Dünya ölkələri üzrə “demokratik göstəricilər” açıqlanıb. “Economist Intelligence Unit” (EIU) tərəfindən dərc edilən “2022 - Demokratiya İndeksi” hesabatında Ermənistan guya öz mövqeyini 7 pillə yaxşılaşdıraraq 82-ci yerə qalxıb. Kapitulyant ölkə “hibrid rejim” kimi təsnif edilib. 
Gürcüstan və Azərbaycan müvafiq olaraq 90 və 134-cü, Türkiyə 103-cü, İran isə 154-cü yerləri tutur. “Yeni Müsavat” bildirir ki, Ermənistan kimi Bosniya və Herseqovina, Gürcüstan və Ukrayna da “hibrid rejim” kimi təsnif olunub. Azərbaycan, Belarus, Rusiya və digər ölkələr “avtoritar rejimlər” qrupunda yer alıb. 2006-cı ildən nəşr olunan “Demokratiya İndeksi” 165 ölkədə və iki ərazidə demokratiyanın vəziyyətini araşdırır. İndeks 5 kateqoriyaya əsaslanır: seçki prosesi və plüralizm, hökumətin fəaliyyəti, siyasi iştirak, siyasi mədəniyyət və vətəndaş azadlıqları. Bu göstəricilər üzrə ballara əsasən ölkə “tam demokratiya”, “natamam demokratiya”, “hibrid rejim” və ya “avtoritar rejim” kimi təsnif edilir.
Belə hesabatların mötəbərliliyinə nə dərəcədə inanmaq olar? Doğrudanmı Ermənistan 5 kateqoriya göstəriciləri üzrə regionun ən demokratik ölkəsidir və hətta Türkiyədən də irəlidədir? Öz qonşularına ərazi iddiası irəli sürən, işğalçılıq siyasəti yürüdən, ərazisindəki bütün digər köklü xalqları qovub monoetnik ölkəyə çevrilən, müxalifəti təqib edilən “Ermənistan” və “demokratiya” anlayışları necə yanaşı yazıla bilər?
Twitter 上的 Tural Abbaslı:"Hər şey güclü Azərbaycan naminə!  https://t.co/biaeHtEtDe" / Twitter
Tural Abbaslı: “Türkiyənin beynəlxalq imicinə zərbə vurmağa çalışırlar, investisiyaların qoyuluşuna əngəl olmağa can atırlar”
AĞ Partiya başqanı Tural Abbaslının “Yeni Müsavat”a bildirdiyinə görə, Türkiyə demokratik inkişaf yolunda nə edir-etsin, yenə də Qərb təsisatları “qatıq qaradır” söyləyəcəklər. Partiya başqanı hesab edir ki, Avropa Türkiyəni Ermənistandan irəlidə görmək istəməyəcək. “Bu, siyasi konyukturadır. Çünki Türkiyənin beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Nəticədə həm iqtisadi inkişafın qarşısını kəsməyə, investisiyaların qoyuluşuna əngəl olmağa can atırlar, həm də rəy formalaşdırırlar. Yəni guya sən Gürcüstan və Ermənistandan geridəsən. Qərb təşkilatlarının saxta rəyləri ilə siyasət qurmağa dəyməz. Ümumiyyətlə, bu hesabatları ciddiyə almaq olmaz. Misal üçün, Çinin nə qədər vecinədir ki, hansısa təşkilatın hesabatında onun demokratik göstəricisi nədir? Çünki öz iqtisadi resurslarını artırır, ordusunu gücləndirir. Bu baxımdan, bizə Avropa və ABŞ-a xoş gəlmək lazım deyil, onsuz da bizi sevməyəcəklər. Odur ki, əsas məsələ öz xalqının rifahını artırmaq və ordunu inkişaf etdirməkdir. Bu yöndə də Türkiyə iri addımlar atır”, - T.Abbaslı vurğuladı.
Qulamhüseyn Əlibəyli — Vikipediya - Haqqinda Melumat - Vikipedia
Qulamhüseyn Əlibəyli: “Türkiyənin siyasi problemləri ola bilər, amma Ermənistanla müqayisə etmək düzgün deyil”
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli qeyd etdi ki, həmin təşkilatların demokratik indeks adı altında müəyyənləşdirdikləri meyarlar qüsurludur: “Türkiyənin siyasi problemləri ola bilər, amma Ermənistanla müqayisə etmək düzgün deyil. Bu, Qərb dövlətlərinin Türkiyəyə münasibətindən irəli gəlir. Türkiyədə demokratik sistem kifayət qədər inkişaf edib və təkmilləşib, demokratik institutları olan bir dövlətdir. Sadəcə, Qərb Ermənistanı özünə tərəf yaxınlaşdırmaq üçün bu hesabatlarda onu irəli çəkir. Ermənistan Türkiyə və Azərbaycana ərazi iddiası olan, işğalçı bir ölkədir, monoetnikdir, orada ermənilərdən başqa demək olar ki, başqa millət yaşamır”.
Partiya sədri prezidentin çağırışına qoşuldu -Fuad Əliyev qeydiyyatdan keçdi
Fuad Əliyev: “Ermənistan demokratik inkişaf yolunda Türkiyədən azı 100 il geridədir”
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin sözlərinə görə, Ermənistan demokratik inkişaf yolunda Türkiyədən azı 100 il geridədir: “Türkiyədə siyasi plüralizm, müxalifətin parlamentdəki və cəmiyyətdəki təsirləri, azad medianın gücü bu gün bir çox ölkələrə nümunə ola bilər. Sadəcə, hesabatlardan qərəz yağır. Hiss olunur ki, transmilli korporasiyalar, müəyyən fondlar Türkiyəyə təzyiq göstərməyə çalışırlar. Türkiyə demokratiyasının xətri olacaq bir yeri var. Ermənistanla müqayisə olunması belə mümkün deyil. Üstəlik, Ermənistanda demokratiya yoxdur, siyasi böhran yaşanmaqdadır. Ölkədə müharibədəki rəzil məğlubiyyətdən sonra tərəflərin bir-birini didməsi, ittiham etməsi, Paşinyanın keçmiş klanı günahlandırması, Köçəryan-Sərkisyan dəstəsinin isə Nikolu satqın çıxarmaq cəhdləri görünür ki, demokratik rəqabət kimi dəyərləndirilir. Halbuki ölkə siyasi krizis içindədir, hər an hərbi yolla çevriliş belə baş verə bilər. Ermənistan mətbuatında Paşinyanın güclü təsirləri mövcuddur. Bundan əlavə, bugünlərdə "Daşnaksütyun" partiyasının üzvləri həbs edildi, hansı demokratik vəziyyətdən söhbət gedə bilər? Ümumiyyətlə, ABŞ və Qərb Türkiyəni sıxışdırmaq, seçkiqabağı Ərdoğan hakimiyyətinə təzyiqlər etmək üçün bu cür hesabatlar yayırlar".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ