Türkiyədəki zəlzələ qurbanları BMT-də bir dəqiqəlik sükutla yad edilib
Tarix: 7-02-2023, 01:25
Baxılıb: 189
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədəki zəlzələ qurbanları BMT-də bir dəqiqəlik sükutla yad edilib

7-02-2023, 01:25

BMT Baş Assambleyanın rəsmi plenar iclasında Türkiyə və Suriyada zəlzələ qurbanları bir dəqiqəlik sükutla yad edilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, plenar iclasın açılışında çıxış edən BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Ksaba Korosi Türkiyə və Suriya hökumətlərinə və xalqlarına zəlzələ nəticəsində baş vermiş faciəvi insan tələfatı və dağıntılara görə dərin hüznlə başsağlığı verib.
Assambleya sədri BMT tərəfindən zəlzələdən zərər çəkənlərə humanitar dəstək verildiyini bildirib. Daha sonra BMT baş katibi və üzv ölkələrin nümayəndələri zəlzələ qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.
Qeyd edək ki, bu gün gecə saatlarında Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb. Təbii fəlakət nəticəsində 3471 bina dağılıb. Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ