Nyu-Yorkun qərbində ZƏLZƏLƏ OLDU
Tarix: 6-02-2023, 21:53
Baxılıb: 270
Google+ Paylaş
Tumblr Paylaş

Nyu-Yorkun qərbində ZƏLZƏLƏ OLDU

6-02-2023, 21:53

Bazar ertəsi səhər Nyu-Yorkun qərbində 3,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Qərbi Senekadan 1,3 mil şərqdə və şimal-şərqdə yerləşib.
Bu barədə reportyor.org "The Hill"ə istinadla xəbər verir.
"Bu gün təxminən səhər saat 6:15-də Nyu-Yorkun Buffalo bölgəsində bir çox insan güclü zəlzələ hiss edib. Zəlzələ nəticəsində hər hansı dağıntının olub-olmadığı hələ məlum deyil", - ABŞ Milli Meteoroloji Xidməti bildirib.
Nəşr yazır ki, bir çox insan WIVB-yə zəng edərək, təkanların Lackavanna, Kenmore, Buffalo, Amherst, Hamburq və Vest Seneca kimi yerlərdə hiss etdiklərini bildirib.
Erie dairəsinin icraçı direktoru Mark Poloncarz, təsdiqlənmiş zəlzələnin Niaqara şəlaləsi qədər şimalda və Orçard Parkın cənubunda hiss edildiyini söyləyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ