Reznikov getməkdən imtina edib - Məhv ediləcək
Tarix: 6-02-2023, 14:38
Baxılıb: 245
Google+ Paylaş
Tumblr Paylaş

Reznikov getməkdən imtina edib - Məhv ediləcək

6-02-2023, 14:38

Ukrayna Müdafiə Nazirliyinin işdən çıxarılan rəhbəri Aleksiy Reznikov istefa ərizəsi yazmayıb.
reportyor.org xəbər verir ki, bu barədə Ali Radanın keçmiş deputatı İlya Kivanın mənbələri bildirib.
Bildirilir ki, o, Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı getməsinə razılıq versə də, sonradan imtina edib.
"Əgər təzyiq olsa, prezident aparatının onun vasitəsilə qazandığı pullar haqqında danışmağa başlayacağı ilə hədələyib" - Kiva deyib.
O, həmçinin əlavə edib ki, Reznikov strateji sənayelər üzrə nazir postundan bu mövzuda zəif məlumatlı olduğunu əsas gətirərək imtina edib.
İlya Kiva etiraf edib ki, indi onu Daxili İşlər Nazirliyinin rəhbərliyinin taleyi gözləyir. Eyni zamanda, bundan sonra fikrini dəyişib getmək istəsə də, bu, ona kömək etməyəcək.
Bundan əvvəl Aleksey Reznikov ölkə prezidentindən başqa nazirliyə rəhbərlik təklifi almadığını bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ