Ukraynalıları öldürməyə gedən Dövlət Dumasının deputatı qorxusundan Omskdan geri döndü
Tarix: 4-02-2023, 23:49
Baxılıb: 186
Google+ Paylaş
Tumblr Paylaş

Ukraynalıları öldürməyə gedən Dövlət Dumasının deputatı qorxusundan Omskdan geri döndü

4-02-2023, 23:49

Rusiya Dövlət Dumasının Novosibirskdən olan deputatı Dmitri Savelyev bu günlərdə həm Ukrayna, həm də Rusiya mediasında məsxərə obyektinə çevrilib.

reportyor.org xarici agentliklərə istinadən xəbər verir ki, “Veqa” könüllülər batalyonu ilə Ukrayna ilə savaşmağa gedəcəyi deyilən deputat elə yarı yoldaca geri qayıdıb.

Məlum olub ki, “qəhrəman” deputat öncə Novosibirsk vilayətinin Çanı stansiyasında qatardan düşüb, maşınla Omska gedib və oradan Moskvaya uçub. Savelyevin özü medianın israrlı sual və sorğularına cavab verməkdən boyun qaçırır.

Qeyd edək ki, Rusiyada deputatların cəbhə bölgəsinə getməsi tapşırığı birbaşa Kremldən gəlib.

2022-ci il dekabrın sonunda Novosibirsk Qanunvericilik Məclisinin birinci spikeri Andrey Panferov Dmitri Savelyevin hakim “Vahid Rusiya” partiyasının regional deputatları ilə birlikdə “Veqa” batalyonunun tərkibində döyüşə gedəcəyini bildirmişdi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ