ABŞ bu okean üzərində Çin şarını VURA BİLƏR
Tarix: 4-02-2023, 23:45
Baxılıb: 200
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ bu okean üzərində Çin şarını VURA BİLƏR

4-02-2023, 23:45

ABŞ ordusu Pentaqonun casus proqram hesab etdiyi Çin şarını Atlantik okeanı üzərində vura bilər.
reportyor.org xəbər verir ki, bu barədə "ABC11" telekanalı yüksək rütbəli məmura istinadla məlumat yayıb.
Mənbə ABŞ hakimiyyətinin buna hazır olduğunu bildirib. Şar ABŞ hava məkanını tərk etdikdə və Atlantik okeanı üzərindən vurula bilər. Onun parçaları sudan çıxarılacaq.
Qeyd olunur ki, bu əməliyyat zamanı mülki şəxslərin müdafiəsi üçün hava məkanının əhəmiyyətli hissəsinin bağlanması lazım gələ bilər.
Mənbə qeyd edib ki, hava şarı Çinin casus peykləri tərəfindən idarə oluna bilər.
Qeyd edək ki, bir gün əvvəl şar Şimali Karolinada Şarlotta şəhəri yaxınlığında müşahidə edilib.
Pekin iddia edir ki, bu, ABŞ-ın hava məkanında təsadüfən keçən mülki bir şardır. Onlar Ağ evdən üzr istəyibər və ABŞ-dan vəziyyətlə bağlı spekulyasiya etməməyi xahiş ediblər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ