Kişiləri stadiona buraxmadılar - Qadınlar bunun ləzzətini belə çıxardılar - FOTOLAR
Tarix: 4-02-2023, 10:24
Baxılıb: 298
Google+ Paylaş
Tumblr Paylaş

Kişiləri stadiona buraxmadılar - Qadınlar bunun ləzzətini belə çıxardılar - FOTOLAR

4-02-2023, 10:24

Braziliyada elit komandalardan biri stadionu tam doldurmağın yolunu tapıb. Özü də azarkeş qadağasına rəğmən. Söhbət “Koritiba” və “Atletiko Paranaense”dən gedir. Onlar cəzaya məruz qalsalar da, vəziyyətdən çıxış yolu tapıblar. Necə?
Sözügedən klublar arasındakı matç azarkeşlərin toqquşması səbəbindən birinci hissənin ortalarında yarımçıq qaldı. Bu hadisə klubların cəzalanması ilə nəticələndi. “Koritiba” bir, “Atletiko” iki ev oyununu boş tribunalar önündə keçirməli oldu.

Bu qərar birincilər tərəfindən birmənalı qarşılanmayıb. “Ağ-yaşıllar” bəyanat yayaraq bildirdilər ki, baş verən hadisənin günahkarları var – onlar kişilərdir. Buna görə də hamının stadiona girişini qadağan etməyin mənası yoxdur. Onlar qadınlar və uşaqların tribunada yer almasını təklif etdilər. Və müsbət cavab aldılar. Hər iki klub bundan istifadə etdi. Nəticədə stadionlarda maraqlı mənzərə yaşandı.

"Koritiba"nun "Aruko" ilə oyununu 9 min tamaşaçı izlədi. “Heç vaxt belə vəziyyətlə rastlaşmamışam. Amma çox sevindim” - deyə komandanın baş məşqçisi Antonio Oliveyra bildirdi.
“Atletiko”nun matçını isə 32 min azyaşlı uşaq və qadın arenada izlədi. Nəticədə stadionda möhtəşəm atmosfer yaşandı. Dörd gün sonra isə daha çox - 37 min azarkeş “qırmızı-qaralara” stadiondan dəstək oldu.

Bu ideya qadın azarkeşlər tərəfindən müsbət qarşılandı. Onlar bu aksiyanın əla nəticələndiyindən əmindilər. Xanım fanatları məmnun edən başqa səbəblər də var. Məsələn, zərif azarkeşlərdən biri nəhayət stadiona şortla gələ bildiyini deyir. O iddia edir ki, kişilər stadionda olanda belə rahat geyinə bilmirdi.
Həqiqətən də Braziliyada futbol stadionlarında cinsiyyətçiliklə bağlı sistemli problem var. Xanım azarkeşlər arasında aparılan sorğu nəticəsində məlum olub ki, matçlarda cinsi təcavüzə məruz qalanların sayı az deyil - təqribən 55 faiz. Başqa bir sorğuya görə, oyun günlərində qadınlara qarşı aqressiya və təhdidlər 20% çox olur.

Maraqlıdır, amma bir neçə gündən sonra “Koritiba” və “Atletiko” komandaları yenidən üz-üzə gələcəklər. Bu dəfə azarkeş qadağası olmayacaq. Ona görə prinsipial rəqiblərin duelində fanatların toqquşması qaçılmaz hesab edilir. Çünki əvvəlki dörd matçda da belə olmuşdu.
Qadınların və uşaqların tribunalarda yer alması Braziliya futbolu üçün ilk və unikal haldır. Lakin bu, dünya praktikasında bir dəfə olub.

Məsələn, “Fənərbağça” azarkeş qadağası səbəbindən Türkiyə çempionatının oyunlarına yalnız qadın və uşaqları dəvət edirdi. Bu qərar özünü müəyyən qədər doğrultdu.
Nisbətən oxşar hadisə milli komanda matçında yaşandı. AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Buxarestdə keçirilən Rumıniya - Norveç oyununu 30 minə yaxın azarkeş izləyib. Onlardan 27 mini 14 yaşa qədər uşaqlar idi. Eyni zamanda, Avropa Liqası çərçivəsində baş tutan "AZ Alkmar" - "Partizan" oyununu 20 min azyaşlı izləyib.

Amma bu qərar heç də həmişə uğurlu olmur. İtaliya A Seriyasının “Yuventus” – “Udineze” matçında 12 minə yaxın uşaq iştirak edirdi. Oyundan sonra tanınmış mütəxəssis Fabio Kapello buna etirazını bildirdi. Səbəbini isə belə izah etdi:
“Əgər uşaqlar qonaq komandanı belə təhqir etməyə başlayırlarsa, deməli, İtaliyada həqiqətən də etika və idmana münasibətlə bağlı ciddi problemlər var. Mən matçda olsaydım, diktordan müdaxilə edib onları susdurmağı xahiş edərdim”.
Yaxşı ki, parlaq nümunələr var. Əks halda federasiyalar stadiona heç kimi buraxmazdılar. Belə olan halda bir neçə gün öncə Braziliya tribunalarında yaşanan xoş mənzərədən məhrum olardıq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ