İranın qərbində kürdlərin qiyamı: Xəsarət alanlar var
Tarix: 2-02-2023, 18:16
Baxılıb: 250
Google+ Paylaş
Tumblr Paylaş

İranın qərbində kürdlərin qiyamı: Xəsarət alanlar var

2-02-2023, 18:16

Ötən gecə İranın qərbindəki İlam əyalətinin Abdanan şəhərindəki meydanda yüzə yaxın adam iğtişaşlar törədib.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
İran kürdlərinin 80%-dən çoxu İraqla həmsərhəd olan İlam əyalətində yaşayır.
“Dünən gecə meydanda yüzə yaxın insan toplaşıb... Onlar cəmiyyətə zidd şüarlar səsləndirib, iğtişaşlar törədiblər... Polisin müdaxiləsindən sonra iğtişaşlar dayanıb”, - məlumatda deyilir.
Agentliyin məlumatına görə, iğtişaş törədən beş nəfər yüngül xəsarət alıb, on nəfər saxlanılıb.
Agentlik iddia edir ki, bu iğtişaşlar iki kürdün - 2022-ci ilin payızında Abdananda baş verən iğtişaşların təhrikçilərindən biri olan Səccad Moradavandi və internet fəalı Ayata Arefiniyanın saxlanmasına etiraz olaraq yaranıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ