Bu ölkələrdə koronavirusa yoluxma sönən xətt üzrə gedir -SİYAHI
Tarix: 15-04-2020, 00:03
Baxılıb: 1 404
Google+ Paylaş
Tumblr Paylaş

Bu ölkələrdə koronavirusa yoluxma sönən xətt üzrə gedir -SİYAHI

15-04-2020, 00:03

Dünyada koronavirus (COVİD-19) infeksiyasına yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Hələ ki, virusa qarşı  vaksin tapılmayıb. Ona görə də yoluxan şəxslərdən vəziyyəti ağır olanları ölümdən xilas etmək mümkün olmur. Hazırda dünyada vəziyyəti ağır olan 50 min 943 nəfər koronavirus xəstəsi var. Ümumilikdə isə bu virusdan müalicə alanlar 1 milyon 391 min 728 nəfərdir. Koronavirusa yoluxan 466 min 628 nəfər isə tam sağalıb.
Məlumat üçün bildirək ki, 31 dekabr 2019-cu ildə Çinin Uhan şəhərin aşkar edilən COVİD-19 qısa müddətdə  bütün dünyaya yayıldı. 
Bu virusdan ilk ölüm xəbərlərinin gəldiyi Çində bu gün ölüm halı qeydə alınmayıb. Gün ərzində Çində cəmi 89 nəfər koronavirusa yoluxub. 
Çin dünyada koronavirusa yoluxanların sayına görə siyahı üzrə 7-ci yerdədir.
Seneqalda ilk koronavirusa yoluxma aşkarlanıb
Hazırda koronavirusdan ən çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınır. Lakin ötən günlərlə müqayisədə ABŞ-da da yoluxma sayı azalıb.  Son saatlarda ABŞ-da 16 min 858 nəfər koronavirusa yoluxub, 1582 nəfər isə ölüb. Ümumilikdə ABŞ-da 603 min 799nəfər koronavirusa yoluxan, 25 min 222 nəfər isə bu virusdan ölən var. İndiki zamana qədər bu ölkədə koronaviruslu xəstələri təyin etmək üçün 3 milyon 37 min 362 test keçirilib. Göstərici bütün dünya üzrə ən yüksəkdir. Dünyada bir neçə ölkəni çıxmaq şərtilə (Rusiya, Almaniya, İtaliya) 1 milyondan çox test edən ölkə yoxdur.
Çin və bir neçə ölkə indiyə qədər keçirdiyi testlərin sayını açıqlamır. Bu baxımdan xüsusilə də ABŞ-da belə bir fikirlər səsləndirilir ki, Çin ölüm və yoluxma sayını gizlədir. Hətta bu gün açıqlanan məlumata görə ABŞ-da Çin və Ümumdünya Səhiyyə Təşkilatı ilə bağlı araşdırma da başladılıb. Hesab edirlər ki, Çin və sözügedən təşkilat virusun ilk yayıldığı zamanlarda nələrisə gizlədiblər.
Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 1 milyon 983 min  528 nəfər, ölənlərin ümumi sayı isə 125 min 172 nəfərdir. 
Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İspaniya, İtaliya, Fransa və Almaniya gəlir. Elə məhz bu ölkələrdə son günlərdə koronavirusa yoluxma sayı azalan xətt üzrə gedir. Lakin ölüm halları yüksək olaraq qalır.
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alınıb - Report.az
Son saatlarda İspaniyada   2 min 442 nəfər yoluxub, 300 nəfər ölüb. Ümumilikdə İspaniyada 172 min 541 nəfər koronavirusa yoluxub, 18 min 56 nəfər isə ölüb. 
İtaliyada koronavirusa  son saatlarda yoluxanların sayı 2 min 972, ölənlər 602 nəfərdir . Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı  162 min 488 nəfər, ölənlərin ümumi sayı isə 21 min 67 nəfərdir. 
Fransada son saatlarda 6 min 524 nəfər yoluxub, 762 nəfər isə ölüb. Ümumilikdə Fransada 143 min 303 nəfər koronavirusa yoluxub, 15 min 729 nəfər ölüb. 
Almaniyada son saatlarda 1287 nəfər yoluxub, 100 nəfər isə ölüb. Ümumilikdə bu ölkədə də 131 min 359  nəfər yoluxma, 3 min 294 nəfər isə ölən var.
İngiltərədə vəziyyət kritik olaraq qalır. Belə ki, bu gün İngiltərədə 5 min 252 nəfər koronavurusa yoluxub, 778 nəfər bu virusdan ölüb. Ümumilikdə ölkədə 93 min 873 nəfər koronavurusa yoluxan, 12 min 101 nəfər isə bu virusdan dünyasını dəyişən var. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ