Şirvan polisi narkotik alverçisini saxlayıb
Tarix: 14-04-2020, 23:55
Baxılıb: 742
Google+ Paylaş
Tumblr Paylaş

Şirvan polisi narkotik alverçisini saxlayıb

14-04-2020, 23:55

Şirvanda əvvəllər məhkum olunmuş narkotacir saxlanılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları şəhər sakini, əvvəllər dəfələrlə məhkum olumuş 1991-ci il təvəllüdlü Rəsulov Ədalət Bəyməmməd oğlunu şərti alıcıya 100 manat müqabilində 1,780 qram güclü təsirli narkotik vasitə olan metafetamin satarkən saxlayıb.
İstintaq tərəfindən nişanlanan 100 manatlıq əskinas saxlanılan şəxsdən götürülərək sübut kimi protokollaşdırılıb. Qeyd edək ki, saxlanılan şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi və soyuq silah gəzdirmə ittihamı ilə 2 dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Şirvan ŞPŞ tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ