Niyə Azərbaycanda MEDİA İRƏLİ GEDƏ BİLMƏYƏCƏK?.. – HƏQİQƏTƏN DƏ…
Tarix: 31-01-2023, 15:57
Baxılıb: 1 341
Google+ Paylaş
Tumblr Paylaş

Niyə Azərbaycanda MEDİA İRƏLİ GEDƏ BİLMƏYƏCƏK?.. – HƏQİQƏTƏN DƏ…

31-01-2023, 15:57

Fars-molla rejimini hər zaman problem kimi görmüşəm. Özümü dərk edəndən bəri… Bunu məni həmin dövrlərdən tanıyananlar da təsqidləyər… Nə isə… mövzu o deyil ki MƏN KİMƏM… Mövzu odur ki, illərdir mənim hədəfə aldıqlarım KİMDİR ki, bu gün dövlətimizin qarşısına çıxıblar…
Təbii ki, mən tək olmamışam… və məni başıma bir ağıl qoyan da olub. Bəli, məhz ağıl… Ağıllılardan aldığım məsləhətə uyğun olaraq Azərbaycan türkünün böyük bir hissəsini və vətənimin əhəmiyyətli parçasını əsarətində saxlayan İrana qarşı hər zaman layiq olduğu münasibəti sərgiləmişəm. Ona görə də mən və mənim kimi olanlar İran tərəfindən DÜŞMƏN elan olunmuşuq…
Bu gün bir xəbər yayıldı ki, İranın Azərbacandakı səfirliyinin vir “votsap” qrupu olub və həmin qrupda ürəklərinə (maraqlarına) yaxın olan jurnalistləri cəm ediblər… O qrupda MEDİA-dan pul alan nə qədər nümayəndə var? Bilirsinizmi?
Mən də bilmirəm və umrumda da deyil. Zatən Azərbaycan dövlətinin pulu hər zaman MƏTBUAT ADINA BOŞ-BOŞ işlərə sərf olunub. Və əvəzində BİZLƏR DÜŞMƏN ELAN OLUNMUŞUQ… BİZ VƏTƏNİNİ SEVƏNLƏR…
Amma adamlar anlamayıblar ki, onların iş yeri kimi baxdıqları Azərbaycana biz VƏTƏN kimi yanaşmaqla yanaşı, bizim bu ünvandan başqa sığınacağımız başqa birisi mövcud deyil…
Ona görə də bəyənilməmişik və onlar dəfələrlə alınıb-satılanları MEDİA kimi qəbul edib bağırlarına basıblar. ÇŞünki həmin zatlar rahatlıqla alınır, rahatlıqla satılır və ondan da rahat formada istənilən POZANI… daha dəqiqi FORMANI ALIRLAR…
Bəli, buna görə də Azərbaycanda bu vaxta qədər (bundan sonra nə olacaq QƏRAR VERMƏLİDİRLƏR – Məhəmməd ƏRSOY) plastilin xarakterli jurnalist adına uymayan ləqayətsizlər MEDİA MƏCLİSİNİN başında oturublar. Bizdən də ona görə qorxublar ki, SÖZÜMÜZÜ deyə bilmişik… Sözlərinin qarşısına SÖZ DEMİŞİK…
Bizim kimilər üçün NƏ SOROS OLUB, nə də BU İQTİDAR… Biz bu DÖVLƏTƏ BAĞLI OLMUŞUQ… Ona görə də BİZİ NƏ SOROS, NƏ DƏ BU İQTİDAR BƏYƏNMƏYİB…
İndi də kimsə bəyənmir… hər iki cinah bizdən ehtiyat edir. Çünki biz Azərbaycanı sevirik… HƏR İKİSİNDƏN FƏRQLİ OLARAQ…
***
İndi də siyahı çıxıb ortaya… İRAN SƏFİRLİYİNİ VOTSAP QRUPU…
GEDİN KEF EDN…
Dövlətimini pullarını necə ki agentlərə yediribsiniz… indi də davam edin.
Belə də olacaq… Çünki hər ikisiniə və ümumiyyətlə, hamısına sərf edir bu…
Biz vətənsevərlər isə … ortaya şüar lazım olanda lazımıq… Məsələn: Azərbaycan BİR OLSUN, Mərkəzi TƏBRİZ OLSUN!
***
Gedək yuxumuza davam edək…
Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ