"İrandakı əsl müsəlmanlar hərəkətə keçib..." - Qüdrət Həsənquliyev
Tarix: 31-01-2023, 13:53
Baxılıb: 280
Google+ Paylaş
Tumblr Paylaş

"İrandakı əsl müsəlmanlar hərəkətə keçib..." - Qüdrət Həsənquliyev

31-01-2023, 13:53

Dünən Tehrandakı səfirliyimizdə qətlə yetirilən Orxan Əsgərovun dəfnində Qafqaz Müsəlmnanları İdarəsinin rəhhbəri şeyxülislam Allahşükür Paşazadənin İrana yönəlik kəskin çıxışları cəmiyyətdə ciddi rezonans doğurdu.
Publika.az moderator.az-a istinadla xəbər verir ki, bu sözləri millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev şeyxin çıxışını şərh edərkən deyib:
"Şeyx Həzrətləri xalqımız üçün ağır zamanlarda həmişə onun yanında olub. Həmişə çalışıb ki, məşrəbindən,məzhəbindən, təriqətindən asılı olmayaraq bütün dünya müsəlmanları bir-birinn yanında olsun, sülh, əmin-amanlıq içərisində yaşasınlar. O, təkcə müsəlmanlar arasında qardaşlığın olması istiqamətində çalışmayıb, həm də fərqli dini inanclara mənsub ölkələr və xalqlar, o cümlədən onlarla müsəlmanlar arasında həmrəyliyin və əməkdaşlığın yaranması üçün yorulmadan fəaliyyət göstərib. Şeyx Həzrətəri qonşularımızla, xüsusilə şiə İranla dostluğa böyük önəm verib. Onun bu istiqamətdə, dostluğa xidmət məqsədilə etdiyi çıxışlar cəmiyyətimizdə bəzən ciddi tənqidlə üzləşib. Amma indi Şeyx Həzrətləri də görür ki, "bıçaq sümüyə dirənib". İrandakı fars şovinist rejim dostluq jestlərini zəiflik kimi qəbul edir və azərbaycanlılara münasibətdə özünün istismarçı və assimilyasiya siyasətindən əl çəkmək fikrində deyil. Hələ bu azmış kimi müsəlmanlara divan tutmuş, müsəlman tarixi abidələrini, muzeylərini dağıtmış Ermənistana bütün vasitələrlə kömək edir, iki xalq arasında sülhün yaranmasına imkan vermir. Ona görə də o haqlı olaraq deyir ki, İran bizim yox, Ermənistanın qardaşıdır. İrandakı əsl müsəlmanlar onun dedikləri barədə ciddi düşünməli və hərəkətə keçib islam düşməni olan rejimdən haqlarını tələb etməli, rejimi ya dəyişməli, ya da onun Azərbaycana yönəlik siyasətini dəyişməyə məcbur etməlidirlər.
Hesab edirəm rejimi müdafiə edən polisin gözü qarşısında və onun heç bir müdaxiləsi olmadan Azərbaycanın Tehrandakı səfirliyinin qapısının gürzlə (ağır çəkiclə) sındırılması və səfirliyin əməkdaşının avtomat silahla qətlə yetirilməsi Şeyxin məlum açıqlama ilə çıxış etməsi zərurətini yaratmışdır".
Xatırladaq ki, A.Paşazadə İranda 40 milyona yaxın azərbaycanlının İran rejiminin girovluğunda olduğunu bildirmişdi:
“Onlar bu gün fars rejiminin əlində əsirdirlər. İnanıram ki, həqiqət gələcəkdə öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq. Hansı ki, onu qardaş hesab edirdik. Biz indi bilirik ki, onlar bizim yox, Ermənistanın qardaşıdır. Prezident İlham Əliyev dediyi kimi baş verənlər terror aktıdır. Məsələ dəqiqliyinə kimi incələnməli və dünya həqiqətin nə olduğunu bilməlidir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ