İsveç bunu görəndə şoka düşəcək - Ərdoğandan xəbərdarlıq
Tarix: 30-01-2023, 10:31
Baxılıb: 395
Google+ Paylaş
Tumblr Paylaş

İsveç bunu görəndə şoka düşəcək - Ərdoğandan xəbərdarlıq

30-01-2023, 10:31

Finlandiya İsveçin səhvini təkrarlamamalıdır.
Reportyor.tv xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Stokholmla gərginliyin artması fonunda Ankaranın İsveçdən əvvəl Finlandiyanın NATO-ya üzv olmasına razılıq verə biləcəyinə eyham vurub.
“Biz Finlandiyaya başqa bir mesaj göndərə bilərik (onun NATO-ya müraciətinə görə) və İsveç bizim mesajımızı görəndə şoka düşəcək. Amma Finlandiya İsveçlə eyni səhvə yol verməməlidir”, – deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün keçən il müraciət edib və üzvlük üçün bütün üzv ölkələrin razılığı tələb olunur. Türkiyə və Macarıstan hələ ki, ölkələrin üzvlüyünü ratifikasiya etməyiblər.
Ötən həftə Stokholmda Quranın yandırılmasından sonra isə Türkiyə İsveç və Finlandiya ilə NATO danışıqlarını dayandırıb.
İsveçin baş naziri Ulf Kristersson ölkəsinin Türkiyə ilə dialoqu bərpa etmək istədiyini desə də, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu danışıqları bərpa etməyin mənasız olduğunu bildirib.
Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ