Sosial şəbəkələrdə koronavirus haqqında absurd sui-qəsd nəzəriyyələri ilə çoxalıb
Tarix: 14-04-2020, 16:51
Baxılıb: 822
Google+ Paylaş
Tumblr Paylaş

Sosial şəbəkələrdə koronavirus haqqında absurd sui-qəsd nəzəriyyələri ilə çoxalıb

14-04-2020, 16:51

“Koronavirusla bağlı sui-qəsd nəzəriyyələri epidemiya qədər təhlükəlidir və insanlar arasında düşmənçiliyi dərinləşdirir”.
Almaniyanın “Der Tagesspiegel” pandemiyanın ən çox bu cür fikirlərlə hər kəsin beynini doldurmağa çalışan adamlara yaradığını yazıb.
“Hazırda koronavirusla əlaqədar sosial şəbəkə və messencerlərdə on minlərlə uydurma fərziyyə, fantastik hekayələr görmək mümkündür. Ezoteriklərdən, fırıldqaçılardan dini fanatiklərə qədər, hər kəs, hətta sadə insanlar belə virusun doğurduğu qeyri-müəyyənlikdən təsirləniblər”,-deyə müəllif Sebastan Leber yazır.
Məsələn, konspiroloqların bir qismi COVİD-19-un məhz Çinin Uhan şəhərində yayılmasını təsadüf hesab etmirlər. Çünki orada mobil rabitənin ən yeni nəsli sayılan 5G tezlikli avadanlıqlar çoxmuş. Lakin eyni adamlar İran kimi 5G-dən uzaq dövlətdə virusun yayılmasını izah edə bilmirlər. Böyük Britaniyada məsələ o dərəcədə absurd həddə çatıb ki , bəzi adamlar 5G dirəklərini və aparatlarını yandırmağa başlayıb.
Bəzi sui-qəsdçilər isə koronavirusu dünyada yeni düzən gətirmək istəyən qaranlıq güclər tərəfindən ortaya çıxarıldığını yazırlar. Belə adamlara görə, onların hədəfi insanlığı əsarət altına almaqdır. Bundan ötrü kütləvi peyvəndləşmə həyata keçirilir, nağd pullardan istifadə azaldılır, vətəndaşların hərəkətləri izlənilir, məhdudlaşdırlır və ya yasaq qoyulur. Bütün bunların isə koronavirusla mbarizə adı altında həyata keçirildiyi deyilir....
Bu ideya xüsusilə sağ radikal çevrələrdə çox populyardır və təbii ki, onlar bütün bunların arxasında yəhudilərin və İsrailn olduğunu deyirlər.
Bruno Vürtenberq kimi sosial mediada populyar olan, yalançı araşdırmaçılar koronavirusun yaratdığı xaosa zalım hökmdarlar və onların arxasındakı satanist və ullüminati kimi güclərdən təmizlənmək üçün nicat olaraq baxırlar.
5 конспирологических теорий, которые оказались правдой
Antisemitlər isə yəhudilərin virusla bərabər əhali içində panika yayaraq onları nəzarət altına aldığını bildirirlər. Hətta İsrail alimlərinin peyvənd üzərində çalışdığı xəbərləri belə onların yəhudilərin bu işdə əli olduğu barədə əminliklərini gücləndirib. Avropadakı bəzi sağ ekstremistlər koronaviruslu xəstələri qəsdən yəhudilərin üzərinə öskürərək onları yoluxurmağa çağırıblar.
Bəziləri isə yeni xəstəliyi Tanırının qəzəbi olduğunu ifadə edir. Məsələn, Berlindəki Rusiya pravoslav kilsəsinin keşişi Mixael Arndt epidemiyann Böyük pəhriz günlərində peyda olmasını təsadüf saymadığını və virusun Avroada baş alıb gedən seksual əxlaqsızlıqlara görə peyda olduğunu bildirib.
ABŞ-ın bu yaxınlarda faciəli helikopter qəzasında həlak olan əfsanəvi basketbolçusu Kobi Brayantın ölümünü belə koronavirusla bağlayanlar var. Onun Kaliforniyada “Korona del-Mar” rayonunda basdırılması sui-qəsd fərziyyəçiləri üçün əlamət sayılıb.
Həmişəki kimi epidemiyanın vaxtilə Nostradamus kimi falçılar tərəfindən görüldüyünü söyləyənlərin sayı çoxalıb. Guya Nostradamus vaxtilə, 2020-ci ildə “kraliçanın gələrək dünya iqtisadiyyatınıı məhv edəcəyini” deyibmiş. Lakin həqiqi nostradamusşünaslar onun belə bir deyiminin olmadığını bildirirlər.
Hətta pop-ulduz Madonnanın da koronavirus pandemiyasını vaxtilə xəbər etdiyini söyləyənlər tapılıb. Belə ki, Madonnanın 2019-cu ildə “Avropviziya” müsabiqəsində başında tacı ilə əleyqaz geyinmiş rəqqasların müşayiəti ilə çıxışı bəziləri üçün əlamət sayılıb. Üstəlik, orada mahnıda “hər kəs gələcəyi görməyəcək” sözlərini də özünəməxsusş şəkildə şərh edənlər də var.
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ