Bu idarədə işçiyə OT YOLDURURLAR... - GİLEY
Tarix: 26-01-2023, 09:39
Baxılıb: 334
Google+ Paylaş
Tumblr Paylaş

Bu idarədə işçiyə OT YOLDURURLAR... - GİLEY

26-01-2023, 09:39

...Həyatda hər kəsi təəccübləndirən çox hadisələrin şahidi olmuşuq. Amma bu gün eşitdiyimiz və canlı şahidi olduğumuz bir qanqaraldıcı hadisədən sarsıldıq. Təsəvvür edin, tabeliyində 4500-5000 işçisi olan Azneft-in Nəqliyyat İdarəsinin rəisi Ələddin Məmmədov vur-tut 380 manat əmək haqqı verilərək 4 ildir öz ştatından kənar daha 4 vəzifə üzrə əmək funksiyalarını icra etməyə məhkum edilmiş, atasız, himayəsində xəstə azyaşlı uşağı olan orta texniki təhsilli gənc ananı 1500 işçinin gözü qarşısında idarənin həyətindəki bağdakı çayırı yoldurmağa məcbur edib.
Həmin qadın Nazilə İbadova deyir ki, balamı ac və özümü işsiz qoymamaq üçün bu gün səhər əvvəlcə buna razı oldum. Amma nahar vaxtı elə bir parça yavan çörəyimi yemək istəyərkən Ələddin Məmmədovun tabeliyində olan 2 saylı sahənin rəisinin xəbərçiliyi nəticəsində Ələddin Məmmədovun katibəsi mənə zəng etdi ki, sən bütün vaxtı sahədə olmalısan, yəni çöldə, alaq yolmaqda... Gənc qadın bu təhqirə dözmədən sözünü deyir, idarəni tərk edir...SOCAR-IN NƏQLİYYAT İDARƏSİNİN ƏMƏKDAŞI NAZİLƏ İBADOVANIN TEZADLAR TV-YƏ ŞOK AÇIQLAMASI - YouTube 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ