loading...

Cəlilabad rayon Mərkəzi Xəstəxanası bir ailəni gözüyaşlı qoydu

Cəlilabad rayon Mərkəzi Xəstəxanası bir ailəni gözüyaşlı qoyduAna və uşaq ölümlərinə niyə son qoyulmur?

Ölkənin səhiyyə sistemiylə bağlı tənqidlərin artmasına baxmayaraq, bu sahədə vəziyyət getdikcə pisləşir. Artıq xəstəliklər günü-gündən çoxalır. Hansı xəstəxanaya gedirsənsə, xəstə əlindən tərpənmək olmur. Xüsusilə də xəstəliklər cavanlaşıb. Əvvəllər 40-50 yaşında kimisə xəstəlik tutardısa, indi 18 yaşlı adamlar həmin xəstəliklərə tutulurlar. Təəssüf ki, səhiyyə sistemi xəstəliklərin qarşısını almaqda acizdir.

Xüsusilə də ana və uşaq ölümlərinin sayı artmaqdadır. Əvvəllər uşaq dünyaya gətirən zaman mində bir nəfər uşaq üstündə ölərdi. İndi isə hər gün eşidirik ki, ya ana ölüb, ya uşaq ölüb, ya da hər ikisi dünyasını dəyişib. Sözsüz ki, hər dəfə ana öləndə ananın səhhətində hansısa problemin ucbatından dünyasını dəyişdiyini bildirirlər. Lakin həkimdə heç vaxt günah görmürlər. Necə olur ki, ananın səhhətindəki problemi doqquz ay ərzində aşkar edib üzə çıxara bilmirlər. Ana öləndən sonra filan xəstəliyə görə öldüyünü deyirlər. Bu necə səhiyyədir ki, hamilə qadında hansı xəstəliklərin olduğunu əvvəlcədən müəyyən edib qarşısını ala bilmirlər. Əvvəllər bölgələrdə uşağı evdə dünyaya gətirərdilər. Heç bir problem də olmazdı. İndi bu cür texnikanın inkişaf etdiyi bir dövrdə hər gün ana və uşaq ölümüylə rastlaşırıq. Artıq bu vəziyyət ana olmaq istəyən xanımları qorxuya salıb. Gənc xanımlar ana olmaqdan qorxurlar. Bir ya iki uşaqdan artıq övlad dünyaya gətirmək istəmirlər. Bütün bunlar insanların ölkənin səhiyyə sisteminə olan inamsızlığından irəli gəlir. Bütün bunlar isə onu deməyə əsas verir ki, bu sahədə köklü surətdə islahatlara ehtiyac var. Səhiyyə sistemində ilk növbədə kadr islahatları həyata keçirilməlidir. Savadsız kadrların ucbatından hər gün ana və uşaq ölümünə rast gəlirik. Artıq insanlar tibb mərkəzi seçərkən götür-qoy edirlər. Düzdür, paytaxtda özəl tibb ocaqlarının sayı çoxalıb. Əksəriyyəti insanları qane etməsə də, bəzilərinin fəaliyyəti o qədər də pis deyil. Lakin regionlarda durum həqiqətən bərbad vəziyyətdədir. Xüsusilə də Cəlilabad rayon Mərkəzi Xəstəxanasının fəaliyyətindəki nöqsanları saymaqla bitməz. Dövlətə məxsus bu tibb ocağında özbaşınalıq, qanunsuzluq baş alıb gedir. Sözügedən xəstəxanada həkim məsuliyyətsizliyi, həkim savadsızlığı hökm sürməkdədir. Bütün bunların nəticəsidir ki, Cəlilabadda ana doğuş zamanı dünyasını dəyişib.

Rayonun Alar kənd sakini, 1995-ci il təvəllüdlü Hətəmova Xoşbəxt Fikrət qızı ilkin doğuş sancıları ilə Cəlilabad Mərkəzi rayon Xəstəxanasına gətirilib.

Həkimlər gənc xanımın ilk hamiləliyi olduğunu əsas gətirərək qeysəriyyə yolu ilə uşağı ana bətnindən götürüblər. Qız övladı dünyaya gətirən ananın əməliyyatdan sonra halının qəfil pisləşməsi onun ölümünə səbəb olub. Mərhumun yaxınları işdə həkim səhlənkarlığının olduğunu bildirirlər. Qeyd ediblər ki, X.Hətəmovanı əməliyyat edən həkim onun özünə gəlməsini gözləmədən başqa əməliyyata girib. Səhiyyə orqanları hesab edir ki, ana və uşaq ölümü hallarının çoxalması həkim səhlənkarlığından daha çox qadınların öz xəstəliklərini gizlin saxlamaları ilə bağlıdır. Belə ki, bəzi qadınlar ailə həyatı quranda onlarda vərəm, şəkərli diabet və digər xəstəliklərlə bağlı problemlərin olduğunu gizlədirlər. Lakin hamiləlik dövründə onun gizlətdiyi patologiya üzə çıxır. Nəticədə, bunun qarşısı vaxtında alınmadıqda ağır nəticələrə səbəb olur. Ancaq hesab edilir ki, "2013-2017-ci illərdə Azərbaycanda ana və uşaqların müalicəsi haqqında" Dövlət Proqramının icrası mövcud problemlərin aradan qaldırılmasına xidmət edəcək. Bəzi tibb üzrə ekspertlər hesab edir ki, doğuş zamanı ana və uşaq ölümünün baş verməsinə səbəb vətəndaşlarla yanaşı, bəzi həkimlərin də məsuliyyətsizliyidir. Hamilə qadınların vaxtında həkimə müraciət etməməsi, hamiləliyə qədər və sonra müəyyən məsləhətlərin alınmaması belə fəsadlara yol açır. İstər hamilə qalarkən, istərsə də hamiləliyin gedişində qadın yaxşı olar ki, müayinədən keçsin. Elə hamilə qadınlar olur ki, 6-7 ay ultrasəs müayinəsindən keçmir. Hamiləlik patoloji keçdiyi üçün insanlar daim müşahidə altında olmalıdırlar və anomaliyalar varsa vaxtında qarşısı alınmalıdır. Əgər belə olmasa, ölümün və ağırlaşmaların sayı artacaq.

Qeysəriyyə kəsiyi ilə doğuşun həyata keçirilməsinin qarşısının alınmasına nəzarətin güclənməsinə baxmayaraq, hələ də əməliyyat yolu ilə uşaq dünyaya gəlir. Bir sözlə, ölüm hallarında həkimlərin də səhvləri var və bunu inkar etmək olmaz. Ona görə də bu problemdə hər kəs öz məsuliyyətini başa düşməlidir. Əgər həkim peşə fəaliyyətində hansısa səhvə yol veribsə, o dərhal cəzalanmalıdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər