ABŞ-ın qərəzli siyasətinin fəsadı: Türkiyə NATO-nu tərk edəcək
Tarix: 25-01-2023, 09:35
Baxılıb: 197
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-ın qərəzli siyasətinin fəsadı: Türkiyə NATO-nu tərk edəcək

25-01-2023, 09:35

Türkiyənin Ana Vətən Partiyasının sədr müavini Ethem Sancak bildirib ki, Türkiyə 5-6 ay ərzində Şimali Atlantika Alyansından çıxa bilər.
Publika.az xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti məlumat yayıb.
“NATO öz təxribatları ilə bizi buna məcbur edir. Bizi qonşumuz Yunanıstana qarşı qoymağa çalışırlar. Türkiyə 5-6 aya NATO-dan çıxacaq. Bizi Yaxın Şərqin burulğanına sürükləməyə çalışırlar. Nəhayət, İsveç və Niderlandda Qurana qarşı hərəkətləri görürsünüz”, - deyə Sancak bildirib.
O, həmçinin qeyd edib ki, son sorğular Türkiyə əhalisinin ən azı 80%-nin ABŞ-ın respublikaya qarşı düşmənçilik və dağıdıcı siyasət yürüdən ölkə olduğuna əmin olduğunu göstərib.
“Son zamanlar türk xalqı Rusiyaya və prezident Vladimir Putinə rəğbət bəsləməyə başlayıb”, - deyə siyasətçi yekunlaşdırıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ