Rusiyada rektor İsrailə qaçdı-haqqında cinayət işi açılıbmış
Tarix: 23-01-2023, 15:19
Baxılıb: 469
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyada rektor İsrailə qaçdı-haqqında cinayət işi açılıbmış

23-01-2023, 15:19

Rusiya Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının (RXTDİA) rektoru Vladimir Mau səhhətinə görə öz xahişi ilə vəzifəsindən azad edilib.

Reportyoe.rv xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. İşdən çıxarılma barədə sərəncamı baş nazir Mixail Mişustin imzalayıb.

Qeyd edək ki, hələ ötən ilin noyabrın əvvəlində V.Maunun Rusiyanı tərk edərək İsrailə uçduğu barədə xəbərlər yayılmışdı, lakin RXTDİA rəhbərliyi rektorun planlaşdırılmış məzuniyyətə getdiyini bildirirdi. Bu il yanvarın 18-də “RİA Novosti”, Vladimir Maunun hələ Rusiyaya qayıtmadığını xəbər edib.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Mauya qarşı açılan böyük miqyasda dələduzluq maddəsi ilə cinayət işi dayandırıldı. İstintaq belə nəticəyə gəlib ki, Mau ona ittiham olunan cinayətlərin törədilməsində iştirak etməyib.

Bundan əvvəl Daxili İşlər Nazirliyi rektorun mütəşəkkil dəstənin tərkibində xüsusilə külli miqdarda dələduzluqla məşğul olduğunu iddia etmişdi. Təqib təhsil nazirinin keçmiş müavini Marina Rakova və RXTDİA ilə əməkdaşlıq edən Moskva Ali Sosial-İqtisadi Elmlər Məktəbinin rektoru Sergey Zuyevin də adının keçdiyi eyni iş çərçivəsində həyata keçirilib. Vladimir Mau universitet işçilərini saxta şəkildə işə götürməkdə ittiham olunub.

Vladimir Mau 2002-ci ildən rektor vəzifəsində çalışıb. O, əvvəlcə 2010-cu ildə prezidentin fərmanı ilə Prezident yanında Dövlət Qulluğu Akademiyasının və 12 federal təhsil müəssisəsinin birləşdirildiyi hökumət yanında Xalq Təsərrüfatı Akademiyasına rəhbərlik edib.

Rusiyada “Qubernatorlar Məktəbi” adlanan Ali Dövlət İdarəçilik Məktəbinin direktoru Aleksey Komissarov Vladimir Maunun yerinə RXTDİA -nın rektor əvəzi təyin edilib.

Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ