loading...

Ali məktəblərdən nə qədər tələbə qovulub? - SİYAHI

Ali məktəblərdən nə qədər tələbə qovulub? - SİYAHI
Azərbaycandakı dövlət və özəl ali məktəblərdə oxuyan tələbələr sırasından hər il bir qrupu müxtəlif səbəblərdən təhsil müəssisəsindən xaric olunurlar. Həmin tələbələr təhsildən Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında əsasnaməyə uyğun kənarlaşdırılırlar.
Qeyd edək ki, sözügedən əsasnaməyə görə, tələbələrin tədris müəssisəsindən xaric olunması qış və yay tətilləri dövründə aparılır. Əsasnamədə tələbənin oxuduğu ali məktəbdən xaric edilmə səbəbləri də göstərilib.
Təhsil Nazirliyinin 14 fevral 2014-cü il tarixli 194 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”a əsasən tələbə öz arzusu ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda, hallarda ali təhsil müəssisəsindən xaric edilir.
AzVision.az ötən tədris ilində bəzi universitetlərdən nə qədər tələbənin qovulması ilə bağlı kiçik araşdırma aparıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mansur İbrahimov deyir ki, 2014-215-ci tədris ilində ali məktəbin əyani və qiyabi təhsil alan tələbələrdən 30 nəfəri universitetdən xaric edilib.
M.İbrahimov bildirib ki, xaric olunanlar əsasən öz ərizələri ilə ali məktəbdən gediblər.
Ali məktəbdən gedənlər arasında aliə vəziyyəti, səhhəti ilə bağlı problem yaşayanlar da olub.
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfa Kazımova bildirib ki, 2014-2015-ci dər ilində 30 nəfər tələbə xaricdə təhsil almağa getdiyi üçün ali məktəbdən xaric olunub.
Onun sözlərinə görə, bir nəfər tələbə isə dünyasını dəyişdiyinə görə onun adı tələbələr siyahısından çıxarılıb.
Azərbaycan Slavyan Universitetində heç bir tələbə ali məktəbdən qovulmayıb.
Azərbaycan Tibb Universutetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, universitetdən 21 tələbə öz ərizəsi ilə kənarlaşıb.
Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Ceyhun Vəliyev isə deyir ki, ötən ilin sentyabrın biri tarixindən indiyədək 10 tələbəyə “2007-2015-ci llərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsillə bağlı akademik məzuniyyət verilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər