Azərbaycanda lüks avtomobil “saxla” əmri verən polisi vurdu
Tarix: 14-04-2020, 16:00
Baxılıb: 1 898
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda lüks avtomobil “saxla” əmri verən polisi vurdu

14-04-2020, 16:00

Bu gün saat 12 radələrində Bakı-Qazax avtomagistralının Hacıqabul rayonundan keçən hissəsində xüsusi karantin rejimi ilə əlaqədar polis tərəfindən qurulmuş postda insident baş verib.
Publika.az xəbər verir ki, Qazax istiqamətində hərəkət edən “Mercedes S Class 500” markalı lüks avtomobil polisin “saxla” əmrinə tabe olmayıb.
10-00-018 dövlət nömrə nişanlı lüks avtomobil sürətlə hərəkət edərək, onu saxlamağa çalışan polisi vurub.
Polis serjantı dərhal həmkarlarının köməyi ilə xəstəxanaya aparılıb.
Əraziyə post-patrul xidməti əməkdaşları cəlb edilib və hadisəni törədən sürücü saxlanılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ