Azərbaycanla Türkiyə İranın başını belə əzəcək - BU TARİXDƏ bəlli olacaq
Tarix: 19-01-2023, 17:28
Baxılıb: 8 001
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanla Türkiyə İranın başını belə əzəcək - BU TARİXDƏ bəlli olacaq

19-01-2023, 17:28

Dünən İrəvan və Tehran şəhərləri qardaşlaşdı. Müqaviləni İrəvan meri Qraçya Sarkisyan və Tehran meri Əlirza Zakani imzaladı.
63c7fd4ebe04363c7fd4ebe044167405089463c7fd4ebe04063c7fd4ebe042.jpg (159 KB)
Bu qardaşlaşmanın pərdəarxası məqamları nələrdir?
Politoloq Əziz Əlibəyli Musavat.com-a deyib ki, "qardaş ölkə" simvolikası geniş praktikaya malikdir, amma siyasi mənaları da var:
eziz-640x336.jpg (41 KB)
"Tehranla İrəvan "qardaş şəhər" olursa, bu, ilk növbədə 3-cü bir dövlətə qarşı yönəlib. Yeri gəlmişkən, bu, "bacı şəhərlər" ifadəsidir. Verilən açıqlamalar göstərir ki, iki ölkənin ortaq tarixi var və onların əməkdaşlıqla bağlı potensial imkanları çox yüksəkdir. Yəni ticarət, maliyyə dövriyyəsi yüksək səviyyədədir. Bu, başqa bir məsələdir. Söhbət üçüncü tərəflərə doğru yönəlmiş - məsələn, Azərbaycana qarşı yönəlmiş əməkdaşlıqdan gedir. Bunu milli maraqları və milli təhlükəsizlik kontekstinə aid edirlər. Bu, kommunikasiya, ətraf mühit, tullantılar, texnika və inşaat mövzuları daxil əməkdaşlığı özündə əks etdirir. "Qardaşlaşmış", "bacılaşmış şəhər" simvolu o deməkdir ki, sən mənim özümdənsən, fars-erməni qardaşlığı əbədidir, düşmənlərimiz birdir, bizi eyni maraqlar birləşdirir. Bu, açıq mətndir. Bu gün Ermənistanın başına nə gələcəksə, İran mütləq onun yanında olacaq. Bu, həmin o sərt siyasətin şəhərləşmə, sənayeləşmə, mənəvi dayaq, tarixi əsas üzərindən inşasıdır. Bilavasitə qonşu ölkəyə - Azərbaycana qarşı yönəlmiş birlik, düşmənlik mesajıdır".
"Azərbaycanla Türkiyə İrəvanla Tehranın bu addımına hər hansı bir formada cavab verə bilərmi?" sualına politoloq belə cavab verib:
"Azərbaycan Türkiyə ilə birlikdə İranla Ermənistanın əməkdaşlığına bir mərhələ cavab verib. Bu, Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri, Qarabağ müharibəsi də daxil gələcəyə yönəlik fəaliyyətlərdə bir yerdə olduqlarını bəyan etmələri formasında özünü göstərib.
2021_10_05_498077_pic_7.jpg (269 KB)
İkinci mərhələ mayın 14-də keçiriləcək seçkilər olacaq. Bu seçkilərdən sonra biz ətraflı biləcəyik ki, Azərbaycanla Türkiyənin İrana dair strategiyası nədən ibarətdir. Hər iki güc mərkəzi arasında münasibətlər liberal deyil, bilavasitə gücə söykənmiş əlaqələrdir. Bu o deməkdir ki, Ermənistanla İran nə qədər tünd şəkildə mövqe ortaya qoymuş olsa, Azərbaycanla Türkiyə hərbi təlimlərin təşkili, müasir silahlar, yüksək texnologiyalı hərbi məmulatların istehsalı, tətbiqi prizmasından kifayət qədər ciddi rəqibdirlər. Azərbaycan və Türkiyədə İran bağlantılı şəxslərin həbsi çox maraqlı cavablardan biri olacaq. Yeri gəlmişkən, İranda hələ ki, etirazlar səngimir. Azərbaycanla Türkiyənin İranın daxilinə yönəlik proseslərə müəyyən qədər dəstək verməsi bu ölkə üçün xoş bir addım olmaz. Düşünürəm ki, indiki Ermənistan hakimiyyəti ilə Türkiyə arasında kifayət qədər yaxşı münasibətlərin də ortaya çıxmasına zəmin var. Hətta bu, elə bir nəticə ortaya çıxara bilər ki, İran-Ermənistan birliyi süquta uğrayar".  
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ