Təklif: Ölkəni tərk edənlərin evləri yetimlərə verilsin
Tarix: 19-01-2023, 13:02
Baxılıb: 452
Google+ Paylaş
Tumblr Paylaş

Təklif: Ölkəni tərk edənlərin evləri yetimlərə verilsin

19-01-2023, 13:02

Rusiya Dövlət Dumasının vitse-spikeri Anna Kuznetsova Rusiyanı tarixinin çətin dövründə tərk etmiş vətəndaşların əmlakından valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək etmək üçün istifadə etməyi təklif edib.
Reportyor.tv xəbər verir ki, o , Kemerovoda kimsəsiz uşaqların mənzillə təmin edilməsinə dair görüşdə öz təşəbbüsünü açıqlayıb.
Xatırladaq ki, bəzi KİV-lərin hesablamalarına görə, 2022-ci ildə 512 min insan Rusiyanı tərk edib və geri qayıtmayıb. Eyni zamanda, “Forbes” Kremlin hesablamalarına istinadla xəbər verir ki, səfərbərlik başlayandan bəri ölkəni 700 min nəfər tərk edib.
Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maksut Şadayev 100 minə yaxın İT mütəxəssisinin ölkəmizi tərk etdiyini və geri qayıtmadığını iddia edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Rusiyanı tərk edən vətəndaşların əksəriyyəti Gürcüstandadır - 112 min nəfər.
publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ