Aİ-nin Ermənistanın Azərbaycanla sərhədində 2 il qalmaq planı...
Tarix: 19-01-2023, 08:34
Baxılıb: 515
Google+ Paylaş
Tumblr Paylaş

Aİ-nin Ermənistanın Azərbaycanla sərhədində 2 il qalmaq planı...

19-01-2023, 08:34

Müharibə başlasa, qanunsuz müşahidəçilər hara qaçacaq; ekspert: “Müşahidə missiyasının Rusiya üçün təhlükə yaratdığının Kremldə fərqində olmamış deyillər”

Ermənistanın 2022-ci ilin yayından başlayaraq Azərbaycanla sərhəddə törətdiyi təxribatlara 12-14 sentyabrda layiqli cavab verildi. Həmin vaxt baş verən döyüşlər zamanı Ermənistan dünyanı aldatmağa çalışdı ki, guya Azərbaycan onun ərazilərinə təcavüz edib.
Lakin bu yalan tezliklə ifşa olundu, hətta Ermənistanın təmsil olunduğu KTMT-də Azərbaycanın onların ərazisinə girmədiyini bəyan etdi. Burada söhbət yalnız Azərbaycanı davamlı olaraq təhdid edən, mövqelərimizi atəşə tutan nöqtələrin darmadağın edilməsindən gedirdi.
Ancaq Avropada bəziləri erməni yalanlarını fürsət bildi və Ermənistan-Azərbaycan sərhədinə müşahidə missiyası göndərmək təklifini verdilər. Rəsmi Bakı birmənalı şəkildə həmin missiyanın Azərbaycan ərazisində olmasına etiraz etdi. Bundan sonra belə qərar verildi ki, Avropa İttifaqının 2 aylıq missiyası Ermənistan ərazisinə yerləşəcək.
Bu missiya təbii ki, siyasi məqsəd güdürdü və Rusiyaya qarşı bir davranış idi.
Maraqlıdır ki, Aİ iki aylıq missiyadan hansı dividenti qazanıbsa, bu dəfə Ermənistana iki illik missiya göndərməyi qərara alıb.
Avropa İttifaqı 1 aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək.
Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.
Məlumata görə, missiya fevralın 20-də başlayacaq.
Məsələ 17 yanvarda Avropa İttifaqı səfirlərinin görüşündə müzakirə edilib, yekun qərar isə gələn həftə Aİ-nin XİN başçılarının iclasında veriləcək.
Keçən ilin oktyabrında Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik qrupdan fərqli olaraq, budəfəki missiya bütün Ermənistan ərazisini əhatə edəcək. Missiya üzvlərinin 200 nəfərdən ibarət olacağı, o cümlədən silahsız olacağı vurğulanır.
Ermənistanda Aİ-nin 2 illik missiyası hansı işləri görəcək? Məqsəd nədir? Bu prosesə Azərbaycanın reaksiyası necədir? 
Bəzi ekspertlərin ehtimal etdikləri ssenari gerçəkləşsə -  iki dövlət arasında hərbi toqquşmalar başlasa, Aİ müşahidəçiləri harada gizlənəcək, yaxud kimlər tərəfindən qorunacaq? Çünki təcrübə və Azərbaycanın qətiyyətli davranışları onu göstərir ki, hər hansı bir missiya erməni revanşistlərini və provokatorlarını qoruya bilmir. Aİ müşahidəçiləri də istisna deyil.
Habelə, onsuz da Ermənistana qıcıqlı olan Rusiyanın bu prosesə münasibəti necə ola bilər?
Rusiya artıq məsələyə reaksiya verib. 
Lavrov says Russia will continue Ukraine war till 'the end' | Reuters
 Sergey Lavrov 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov buna dair bildirib: “Biz İrəvanda keçirilən sammitdə KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi barədə sənədi razılaşdırmışdıq. Lakin buna nail olmaq mümkün olmadı. Erməni həmkarlarımız inad etdilər ki, həmin sənəddə Azərbaycan tərəfi sərt qınansın. Biz izah etdik ki, əgər söhbət qınanmaqdan, ritorikadan gedirsə, o zaman hər kəs istədiyini edə bilər. Lakin əgər biz KTMT missiyasını göndərmək istəyiriksə, o zaman bunu bəyanatlarla etməməliyik. Bizim KTMT missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərməklə bağlı hazırlığımız qalır. Baxmayaraq ki, biz Ermənistanla müttəfiqik, KTMT missiyası tam hazırdır, amma Ermənistan tərəfi sərhəddə uzun müddətə mülki müşahidəçi missiyasının yerləşdirilməsi ilə bağlı Avropa İttifaqı ilə razılaşmağa üstünlük verir. Bu, əlbəttə ki, Ermənistanın hüququdur. Lakin unutmaq lazım deyil ki, söhbət Azərbaycanla sərhəddən gedir. Yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan sərhəddə yerləşdiriləcəksə, qeyri-məhsuldar olacaq. Sərhəddə etimadın möhkəmlənməməsi əlavə gərginliklər yarada bilər", - Rusiya XİN başçısı vurğulayıb.
Moldova-Azərbaycan münasibətlərində maraqlı detal:“Rusiyanın planlarına  qarşı..."
Əziz Əlibəyli 
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Paşinyanın addımlarının o cəzalandırılana qədər davam edəcəyini düşünür: “Paşinyanın dəvəti ilə Avropa İttifaqının missiyası Ermənistan ərazisinə gəldi. Burada xidmət aparmağa başladılar. Sonda Azərbaycanı günahlandıran bir prosesin şahidi olmadıq. Onu da qeyd edək ki, bu missiya sentyabr döyüşlərindən sonra oldu. Maraqlı məqam həm də odur ki, bu missiya gəldiyi müddətdən sonra bölgədə heç bir toqquşma yaşanmayıb. Bu mənada belə bir arqument meydana çıxarmaq olar ki, həm erməni ordusunun, həm də sərhəd xidməti aparan rus ordusunun Azərbaycana yönəlik təxribatlar həyata keçirməməsinin səbəbi həmin müşahidə missiyasının hesabatına düşməmək planlarıdır. Bu mənada bizə haradasa müsbət məqamlar var. Hazırda Laçın-Şuşa yolu aksiyası üzərindən hədəf alınan daha çox Rusiyadır. İndiki məqamda bölgəyə müşahidəçilərin qayıdışı həmin prosesin başqa istiqamətdə Rusiyanın ayağına güllə sıxılması anlamına gəlir. Bu müşahidə missiyasının Rusiya üçün təhlükə yaratdığının Kremldə fərqində olmamış deyillər. Paşinyanın addımları o dönəmə qədər davam edəcək ki, o, ciddi şəkildə cəzalandırılsın”.
Şuşanın hüzurunda... - Kənan Novruzov yazır
Kənan Novruzov
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə müsbət yöndə danışdı: “Aİ-nin bu təşəbbüsünə bəzi həmkarlarımdan, analitiklərdən fərqli olaraq radikal münasibət göstərmək istəmirəm. Doğrudur, Cənubi Qafqazda Qərblə Rusiya arasında intriqa güclənir. Region tərəflər arasında bir növ siyasi rəqabət meydanına çevrilib. Buna baxmayaraq, o qədər də pessimist düşünməyə ehtiyac yoxdur.
Birincisi, nəzərə almaq lazımdır ki, Azərbaycanla Aİ arasında normal münasibətlər var. Sözügedən qurum, bəlkə də, indiyə qədərki vasitəçilər arasında ən realıdır. Sözsüz ki, bu, Brüsselin xüsusilə iqtisadi maraqları ilə bağlıdır.
İkincisi, missiya məhz Ermənistan ərazisində yerləşəcək. Üçüncüsü, onlar silahsız olacaqlar. Deməli, Azərbaycanın maraqları üçün hansısa xüsusi təhlükə yoxdur. Əksinə, biz bəlkə də prosesdən istifadə edə bilərik. Bildiyiniz kimi, Aİ ilə Rusiya arasında münasibətlər hər ötən gün kəskinləşir. Müşahidəçilərin Ermənistana gəlməsi həm də Kremlə qarşı “əzələ nümayişi”, mövqe savaşıdır. Fikrimcə, Aİ nümayəndələrinin Ermənistanda olması rus sülhməramlılarının ehtimal edilən təxribatlarının qarşısını ala, onların perspektivdəki pozuculuq fəalliyyətlərinə mane ola bilər. Beləliklə, həm də sülhməramlıların daha 5 il müddətində regionda qalmasının qarşısı alınar.
Fikrimcə, Aİ Azərbaycanla münasibətlərin korlanmamasına xüsusi diqqət etməyə çalışır. Gələcəkdə tərəflər arasında əlaqələr daha da güclənə bilər. Bakı Brüsselin regiondakı əsas tərəfdaşıdır. Onu da nəzərə almaq lazımdır ki, bəzən ideallarla reallıqlar üst-üstə düşməyə bilər. Bu, siyasətdə normal haldır. Rus hərbçilərinin regiona gəlməsi bizim üçün arzuolunan deyildi. Və təcrübə göstərdi ki, onlar heç bir ciddi işlə məşğul deyillər. Əksinə, bəzən “suların bulanması”na xidmət edirlər. Amma dediyim kimi, onların regiona yerləşməsinə icazə verməyimiz həmin dövrün siyasi tələbi idi. Aİ-nin müşahidə missiyası ilə bağlı da ciddi gözləntilərə qapılmağa ehtiyac yoxdur".
Ekspert müharibə ehtimallarından da söz açdı: “Müharibə ehtimalı kifayət qədər realdır. Bəli, belə olsa müşahidəçilər Ermənistanı müdafiə etməyəcəklər. Amma biz İrəvanın ehtimal edilən təxribatları ilə bağlı Aİ-nin qarşı tərəfə təzyiq göstərməsinə nail ola bilərik. Aİ bunu etməsə, regiondakı mövcudluğunun əbəs olduğunu göstərmiş olar.
İkincisi, Aİ-nin missiyasının Ermənistanda yerləşdiyini nəzərə alsaq, deməliyik ki, ehtimal edilən savaş onların təhlükəsizliyi üçün təhdid deyil. Çünki döyüşlər Qarabağ ərazisində gedəcək. Belə olan halda onların təhlükəsizliyi barədə daha çox Ermənistan düşünməlidir. Əgər İrəvan müşahidəçilərin təhlükəsizliyinə təminat verə bilməyəcəksə, deməli, ya onları ölkəsinə buraxmamalı, ya da müharibə yolunu seçməməlidir".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ