"Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymaq üçün iki ssenarisi var - nəqliyyat yollarını bağladıqdan sonra Rusiyanın tez qələbəsi və ya şərqi Ukrayna ərazilərinin tədricən mühasirəyə alınması".
reportyor.org xəbər verir ki, bunu ukraynalı deputat Yeqor Çerniyev deyib.
“Onun birinci variantı Rusiyanın sürətli və tam qələbəsi və Ukraynanın kapitulyasiyasıdır. Bu ssenaridə Rusiya Ukraynanı Avropanın əksər hissəsi ilə birləşdirən nəqliyyat marşrutlarını kəsmək üçün Ukraynada “bəzi hədəfləri vura” bilər. Putin qələbəyə aparan “daha uzun” yolu tuta bilər, bunun üçün Ukraynanın şərqinin rus əsgərləri ilə əhatə olunması lazımdır”.
Çerniyevin sözügedən məqaləsi Amerikanın "Newsweek" jurnalında dərc olunub. Qeyd olunub ki, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Beynəlxalq Təhlükəsizlik Proqramı və Transmilli Təhdidlər Layihəsinin direktoru Set Cons ukraynalı deputatın bu bəyanatı ilə razılaşıb.