Zelenski: Putin bu müharibədən çıxış yolu axtarır
Tarix: 18-01-2023, 10:07
Baxılıb: 158
Google+ Paylaş
Tumblr Paylaş

Zelenski: Putin bu müharibədən çıxış yolu axtarır

18-01-2023, 10:07

Ukrayna prezidenti Vladimir Zelenski iddia edib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibədən çıxış yolu axtarır.
İtaliyanın dövlət televiziyası RAI-də yayımlanan “Porta a porta” proqramında jurnalist Bruno Vespanın suallarını cavablandıran Zelenski Ukrayna-Rusiya müharibəsi və bununla bağlı hadisələri dəyərləndirib.
reportyor.org xəbər verir ki, Zelenski Rusiyanın taktiki nüvə silahından istifadəsinin onlara fayda verməyəcəyini bəyan edib.
"Putin bu müharibədən çıxış yolu axtarır. Bunu öz xalqına demir, lakin böyük səhv etdiyinin fərqindədir .Ona görə də o, çıxış yolu axtaracaq. Amma nüvə silahları çıxış yolu deyil”, - o deyib.
Ukrayna üçün ən böyük islahatın Avropa Birliyinə (Aİ) üzv olmaq olduğunu deyən Zelenski, müharibə şəraitində olmalarına baxmayaraq, dövlətdə islahatları davam etdirmək üçün çalışdıqlarını söyləyib.
Ukrayna prezidenti, "Putini dayandırmasaq, III Dünya Müharibəsi olacaq, çünki o, Polşa və Baltikyanı ölkələri işğal edəndə heç kim heç nə edə bilməyəcək, amma hamı müharibəyə gedəcək. İtaliya, Fransa, ABŞ, Böyük Britaniya, hətta bütün NATO üzvləri, NATO-nun həqiqətən var olduğunu göstərmək üçün döyüşə getməli olacaq” deyib.
Zelenski həmçinin bildirib ki, İtaliyanın baş naziri Giorgia Meloninin Kiyevə səfərini gözləyir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ