Bakıda gənc qızları 50 manata satan qadına cinayət işi açıldı
Tarix: 18-01-2023, 01:31
Baxılıb: 575
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda gənc qızları 50 manata satan qadına cinayət işi açıldı

18-01-2023, 01:31

Bakıda gənc qızları fahişəliyə cəlb edən qadına cinayət işi açılıb. Lent.az-ın məlumatına görə, A.Ömərova Cinayət Məcəlləsinin 243.1-ci (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham olunur.
İş üzrə zərərçəkmiş qismində 33, 21, 31 və 25 yaşlarında olan dörd qız var.


Əldə etdiyimiz məlumata görə, 29 yaşlı A.Ömərova öz cinayətkar fəaliyyətini “WhatsApp” tətbiqi vasitəsilə həyata keçirib. Belə ki, o, həmin şəbəkə vasitəsilə gənc qızları 50 manat qarşılığında kişilərlə görüşdürüb. Bu görüşlər müxtəlif ünvanlarda baş tutub.
Məhkəmənin qərarı ilə A.Ömərova barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı davam edir.
Reportypr.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ