Tovuzda qidadan və dəm qazından zəhərlənənlər var
Tarix: 18-01-2023, 01:04
Baxılıb: 317
Google+ Paylaş
Tumblr Paylaş

Tovuzda qidadan və dəm qazından zəhərlənənlər var

18-01-2023, 01:04

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Köhnə Qala kəndində qeydə alınıb. 2000-ci il təvəllüdlü Günay Əkbərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadının vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, G Əkbərova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Digər hadisə rayonun Əyyublu kəndində baş verib.
Kənd sakini 10 yaşlı Səma Həmzəyeva da zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Azyaşılının valdeyinlərinin sözlərinə görə, S.Həmzəyev kolbasa yedikdən sonra halı pisləşib. İlkin məlumata görə, az yaşlı həmin qidadan zəhərlənib.
Hazırda hər iki xəstənin vəziyyətinin kafi olduğu bildirilir.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ