Rusiyaya qarşı ŞOK HƏMLƏ - Bu addım Putini qəzəbləndirəcək
Tarix: 17-01-2023, 14:19
Baxılıb: 372
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyaya qarşı ŞOK HƏMLƏ - Bu addım Putini qəzəbləndirəcək

17-01-2023, 14:19

Almaniyanın xarici işlər naziri Annalena Baerbok beynəlxalq ictimaiyyətdən Rusiya prezidenti Vladimir Putin və digər yüksək rütbəli məmurların Ukraynaya təcavüzünə görə mühakimə olunması üçün xüsusi məhkəmə yaradılmasını xahiş edib.
Reportyor.tv xəbər verir ki, Annalena Baerbok bunu bazar ertəsi axşam Haaqa Beynəlxalq Hüquq Akademiyasında çıxışı zamanı deyib.
"Putin bilməlidir ki, onun təcavüzü nəticəsiz qalmayacaq", - alman nazir bildirib.
Baerbok Kiyev administrasiyası və digər müttəfiqləri ilə Rusiya liderini mühakimə etmək üçün Ukrayna cinayət qanunları əsasında fəaliyyət göstərən tribunalın yaradılması ilə bağlı danışıqlar aparıb və Haaqada hollandiyalı həmkarı Wopke Hoekstra ilə görüşüb.
60065470_605.jpg (66 KB)
Hər iki nazir bildirib ki, Rusiya tərəfindən Ukraynada ciddi hərbi cinayətlər törədilib.
Almaniya və Hollandiya xarici işlər nazirlərinin fikrincə, Ukraynada törədilən ən ağır hərbi cinayətlərdən biri işğal olunmuş ərazilərdə minlərlə uşağın oğurlanıb rus ailələrinə göndərilməsidir: “Bu uşaqlar ailələrindən alınır, zorla Rusiyaya aparılır və beyinləri yuyulur. Onlar tezliklə geri qaytarılmalıdır. Onlar ukraynalıdır və ukraynalı olaraq qalacaqlar".
Almaniyanın xarici işlər naziri Baerbok da bunun Rusiyanın törətdiyi beynəlxalq cinayət olduğunu müdafiə edərək, cinayətkarların mühakimə olunması lazım olduğuna işarə edib.
Qərəzsizliyi təmin etmək üçün məhkəmənin Ukraynada yerləşdirilməməsinin lazım olduğunu vurğulayan Baerbok prokuror və hakimlərin müxtəlif ölkələrdən seçilməsini təklif edib.
63c625054e3fe02790da19bc.jpg (85 KB)
Həm Avropa İttifaqı (Aİ), həm də Hollandiya hökuməti alman nazirin təklifini alqışlayıb. Aİ administrasiyası və Hollandiya Rusiya lideri və digər yüksək rütbəli məmurların Haaqa Beynəlxalq Cinayət Məhkəməsindən asılı olmayan xüsusi məhkəmə tərəfindən mühakimə olunmasının tərəfdarıdır.
Buna səbəb Rusiyanın Haaqa məhkəməsini tanımamasıdır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyanın veto hüququ beynəlxalq məhkəmə çərçivəsində məhkəmə mexanizminin yaradılmasını mümkünsüz edir. Baerbokun sözlərinə görə, bu səbəbdən Ukrayna və onun müttəfiqləri Rusiyanın təcavüzünün cəzasız qalmasından narahatdırlar.
Aİ-nin ədliyyə komissarı Didye Reynders Ukrayna məsələsində bütün şübhəlilərin mühakimə olunmasının onilliklərlə çəkəcəyini bildirib.
Qeyd edək ki, Hollandiya keçən ay prosesin uzanmaması üçün Haaqada xüsusi məhkəməyə ev sahibliyi etmək istədiyini açıqlamışdı.
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ