İran F-35-lərə qarşı bu qırıcıları aldı - Bölgədə ortalıq qarışacaq
Tarix: 17-01-2023, 14:10
Baxılıb: 489
Google+ Paylaş
Tumblr Paylaş

İran F-35-lərə qarşı bu qırıcıları aldı - Bölgədə ortalıq qarışacaq

17-01-2023, 14:10

İsrailin F-35-lərinə qarşı hava qüvvələrini Su-35-lərlə gücləndirmək istəyən İran Rusiyadan döyüş təyyarələri almaq qərarına imza atıb.
Reportyor.tv xəbər verir ki, ABŞ-Rusiya qarşıdurmasında tez-tez gündəmə gələn F-35 və Su-35-lər bu dəfə İran və İsrail üçün qarşı-qarşıya gələcək.
Tehran administrasiyasından verilən açıqlamada F-35-ə qarşı Rusiya Su-35 döyüş təyyarələrinin sifariş edildiyi və bu müasir təyyarələrin 3 ay ərzində təhvil veriləcəyi təsdiqlənib.
Su-35 F-35-ə qarşı
İran Rusiyadan 24 ədəd Su-35 qırıcısı alıb. Mart ayında İran Hərbi Hava Qüvvələrinin inventarına daxil olacaq Su-35 döyüş təyyarələrinin F-35-ə rəqib olduğu bilinir.
Su-35-in super manevr qabiliyyəti və ikili mühərriki onu rəqibləri ilə müqayisədə cəlbedici edir.
“Yeni Akit” yazır ki, hava üstünlüyünü qorumaq istəyən ölkələrin üstünlük verdiyi Su-35 döyüş təyyarələri istənilən savaşda rəqabətə meydan oxuyur.
Qeyd olunan Su-35 döyüş təyyarələrinin martın 21-dən etibarən təhvil verilməyə başlanacağını açıqlayan İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Şəhriyar Heydər İranın Rusiyadan helikopter, raket sistemləri və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, çoxlu sayda hərbi texnika aldığına diqqət çəkib.
Hərbi Hava Qüvvələrinin inventarını gücləndirmək istəyən İran gələcəkdə Rusiyadan yeni silahlar və döyüş təyyarələri almağı planlaşdırır.
Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ