Xocavənd xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı
Tarix: 17-01-2023, 11:35
Baxılıb: 405
Google+ Paylaş
Tumblr Paylaş

Xocavənd xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı

17-01-2023, 11:35

Dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb.
Xocavənd rayon prokurorluğundan Reportyor.tv-yə verilən məlumata görə, “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı PHŞ-nin vəzifəli şəxslərinin 2020-2022-ci illlər ərzində xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ