Məxfi sənədlər başına bəla oldu: Bayden hakimiyyətdən gedir?
Tarix: 17-01-2023, 11:05
Baxılıb: 299
Google+ Paylaş
Tumblr Paylaş

Məxfi sənədlər başına bəla oldu: Bayden hakimiyyətdən gedir?

17-01-2023, 11:05

“Fox News”un aparıcısı Taker Karlson ABŞ-ın hazırkı prezidenti Co Baydenin evindən və ofisindən tapılan məxfi sənədlərə görə onun karyerasının bitəcəyini proqnozlaşdırıb.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, Baydenin köməkçiləri hələ də onun müxtəlif yerlərdə qoyub getdiyi sənədləri tapmağa davam edirlər.
Eyni zamanda, tapdıqları dəlillərdən qurtulmaq əvəzinə sənədləri ABŞ Ədliyyə Nazirliyinə göndərdiklərini qeyd edən Karlson, bunun yaxşı əlamət olmadığını söyləyib.
“İnanıram ki, bu hadisə Co Bayden üçün sonun başlanğıcı oldu. İndi gələcəkdə nə olacağını təxmin etmək mümkün deyil, amma yaxşı bir şey gözləmək də lazım deyil”, - dyə o qeyd edib.
Bir müddət əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer ABŞ prezidentinin evində və ofisində tapılan məxfi materiallarla bağlı işin şəffaf araşdırılmasını istəmədiyini bildirib. O, əminliklə söyləyib ki, administrasiya, Ədliyyə Nazirliyi və Milli Arxiv Konqresdən və Ağ Evdən kənarda saxlanılan məxfi sənədlərlə bağlı ictimai məlumatdan gizlənir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ