Əfqanıstanda keçmiş deputat güllənərək qətlə yetirilib
Tarix: 16-01-2023, 10:25
Baxılıb: 235
Google+ Paylaş
Tumblr Paylaş

Əfqanıstanda keçmiş deputat güllənərək qətlə yetirilib

16-01-2023, 10:25

Əfqanıstanın paytaxtı Kabulda ölkə parlamentinin keçmiş deputatı Mürsəl xanım Nəbizadə naməlum şəxslər tərəfindən güllənərək qətlə yetirilib.
“Report” xəbər verir ki, məlumatı yerli “Hast-e-Subh” qəzeti yayıb.
Bildirilib ki, o, Kabulun şərqində yaşadığı evin qarşısında gecə saatlarında qətlə yetirilib. “Taliban” hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirənədək Mürsəl Nəbizadə deputat olub.
İnformasiyaya əsasən, silahlı hücum nəticəsində keçmiş deputatın qardaşı da yaralanıb. Hadisənin səbəbi hələ ki məlum deyil.
Hadisəni Kabul Polis İdarəsinin katibi Xalid Zadran da təsdiqləyib. Onun sözlərinə görə, “Taliban” hökumətinin yerli təhlükəsizlik qüvvələri təhqiqat aparır. Hələ ki qətlin məsuliyyətinin heç bir təşkilat və ya qruplaşma üzərinə götürməyib.
Xatırladaq ki, “Taliban” qruplaşması 2020-ci ilin avqustunda hakimiyyəti ələ keçirib. O vaxtdan ölkədə dövlətin bütün seçkili orqanları, o cümlədən parlament fəaliyyətini dayandırıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ