London elan etdi: İranın bu barbarlığı cavabsız qalmayacaq!
Tarix: 14-01-2023, 19:08
Baxılıb: 403
Google+ Paylaş
Tumblr Paylaş

London elan etdi: İranın bu barbarlığı cavabsız qalmayacaq!

14-01-2023, 19:08

Britaniya hakimiyyəti İranın keçmiş müdafiə nazirinin müavini Əlirza Əkbərinin edamını pisləyib.
reportyor.org xəbər verir ki, o, vətənində Britaniyaya casusluq etməkdə təqsirli bilinib.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bu münasibətlə deyib: “Bu barbar hərəkət cavabsız qalmayacaq”.
Tehranın hərəkətlərini baş nazir Rişi Sunak da pisləyib.
Əkbərinin ikili vətəndaşlığı var idi: İran və Britaniya. 61 yaşlı keçmiş məmur İranın milli təhlükəsizliyinə təsir edən məxfi məlumatları Britaniya kəşfiyyatına ötürməkdə təqsirli bilinib.
O, Məhəmməd Hatəminin prezidentliyi dövründə, yəni 1997-2005-ci illərdə müdafiə idarəsinin rəis müavini olub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ