Klublararası dünya çempionatının püşkü atıldı
Tarix: 13-01-2023, 18:06
Baxılıb: 226
Google+ Paylaş
Tumblr Paylaş

Klublararası dünya çempionatının püşkü atıldı

13-01-2023, 18:06

Bu il keçiriləcək klublararası dünya çempionatının püşkü atılıb.
Reportyor.tv xəbər verir ki, 7 klubun mübarizə aparacağı turnirin ilk oyunu Misirin "Əl-Əhli" və və Yeni Zelandiyanın "Oklend Siti" komandaları arasında olacaq. Bu cüt 1/4 finala vəsiqə uğrunda mübarizə aparacaq. Qarşılaşma fevralın 1-də baş tutacaq.
Qeyd edək ki, 1/4 final qarşılaşmaları fevralın 7-də baş tutacaq. Yarımfinal matçları 7-8 fevral tarixində keçiriləcək. Qalib və 3-cü yerin sahibinin adına fevralın 11-də aydınlıq gələcək.
Pley-off sistemi ilə keçirilən turnirdə cütlüklər bunlardır:
1/8 final, 1 fevral
"Əl-Əhli" - "Oklend Siti"
1/4 final, 4 fevral
1. "Sietl Saunders" (ABŞ) - "Əl-Əhli" / "Oklend Siti" cütünün qalib
2. "Vidad" (Mərakeş) - "Əl-Hilal" (Səudiyyə Ərəbistanı)
1/2 final, 7-8 fevral
"Flamenqo" (Braziliya) - 2-ci cütün qalibi
1-ci cütün qalibi - "Real Madrid" (İspaniya)
3-cü yer uğrunda görüş, 11 fevral
Final, 11 fevral
Heybət


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ