Rusiya və Ukraynadan birgə təkzib: Bu, uydurma iddiadır!
Tarix: 12-01-2023, 17:51
Baxılıb: 219
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya və Ukraynadan birgə təkzib: Bu, uydurma iddiadır!

12-01-2023, 17:51

“Türkiyə Ukraynaya kaset bombaları göndərir” iddiasına ikiqat təkzib gəlib.
Publika.az bildirir ki, Türkiyənin Ukraynaya soyuq müharibə dövründən qalma kaset bombası göndərdiyi iddia edilib. Bu barədə ABŞ mətbuatında yer alan xəbərdə deyilir.
Məlumata görə, iddia həm Rusiya, həm də Ukrayna tərəfindən təkzib edilib. Kremlin sözçüsü Dmitri Peskov xəbərin etibarlı olmadığını bildirib.
"Ən çətin problemləri müzakirə etməyə hazır olan tərəfdaşlıq əlaqələri bizi Türkiyə ilə qarşılıqlı şəkildə birləşdirir", - deyə o qeyd edib.
Qeyd edək ki, Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar isə bu xəbərin Türkiyə ilə Ukrayna arasındakı münasibətlərə xələl gətirmək məqsədi güddüyünü bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ