Azərbaycan nefti bahalaşdı
Tarix: 12-01-2023, 09:35
Baxılıb: 239
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan nefti bahalaşdı

12-01-2023, 09:35

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,69 ABŞ dolları, yaxud 3,17 % artaraq 87,52 ABŞ dolları təşkil edib.
Bu barədə Publika.az-a neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin mart fyuçersləri 87,62 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ