Balakən sakinlərindən 4 tüfəng və narkotik götürüldü - FOTO
Tarix: 12-01-2023, 09:22
Baxılıb: 279
Google+ Paylaş
Tumblr Paylaş

Balakən sakinlərindən 4 tüfəng və narkotik götürüldü - FOTO

12-01-2023, 09:22

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması,daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri - Mənsur Qaracayev, Mahir Akqubayev, Mehman Salihov və Aydın Cücüyevdən qanunsuz olaraq saxladıqları ümumilikdə 4 ədəd “İJ” markalı ov tüfəngi, eləcə də həmin silahlara məxsus patronlar aşkarlanıb. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotiklərin qanunsuz döviyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Mehdi Qunduzov və Nicat Məmmədov saxlanılıb. Onların üzərinə baxış keçirilərkən narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Reportyor.tv

  • Balakən sakinlərindən 4 tüfəng və narkotik götürüldü - FOTO
  • <
  • >


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ