Xaçmazda 35 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində öldü
Tarix: 12-01-2023, 00:16
Baxılıb: 325
Google+ Paylaş
Tumblr Paylaş

Xaçmazda 35 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində öldü

12-01-2023, 00:16

Xaçmaz sakini odlu silahdan açılan atəş nəticəsində ölüb.
Reportyor.tv xəbər verir ki, rayonun Ağyazı Buduq kənd sakini, 1988-ci il təvəllüdlü Apayev Rəşid Nüsrət oğlu odlu silah yarası ilə xəstəxanaya gətirilib, lakin onun öldüyü aşkarlanıb.
Yaxınlarının bildirdiyinə görə, R.Apayev dəniz kənarinda ov edərkən ehtiyatsızlıqdan odlu silahdan atəş açaraq, özü-özünə xəsarət yetirib.
Onun meyiti tibbi ekspertiza olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ