BMT sülhməramlılarının Qarabağa göndərilməsi məsələsi bir dəfədən çox gündəmdə olub.
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün bildirib.
“Müxtəlif işgüzar səviyyələrdə daimi təmaslar var. Təbii ki, bu mövzu dəfələrlə gündəmdə olub. Ancaq aydındır ki, istənilən missiya yalnız münaqişə tərəfləri, İrəvan və Bakı razılaşdığı təqdirdə göndərilə bilər”, - Kreml sözçüsü TASS-ın Rusiya və Ermənistan liderlərinin bu mövzunu müzakirə edib-etməməsi sualına cavab verərkən deyib.