Bu siyasi partiyalar ləğv oluna bilər
Tarix: 11-01-2023, 15:32
Baxılıb: 347
Google+ Paylaş
Tumblr Paylaş

Bu siyasi partiyalar ləğv oluna bilər

11-01-2023, 15:32

Azərbaycanda üzvlərinin sayı 4 500-dən aşağı olan siyasi partiyalar ləğv oluna bilər.
Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Siyasi partiyalar haqqında" yeni qanunda əksini tapıb.
Qanuna əsasən, siyasi partiyanın ləğvi qaydası aşağıdakı kimidir:
Siyasi partiya bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda (bu Qanunun 3.11-ci maddəsi nəzərə alınmaqla) siyasi partiya qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər.
Siyasi partiyanın ləğvi barədə siyasi partiyanın qurultayının qərarı siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmuş qaydada qəbul edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırır:
1. siyasi partiya bu Qanunun 4.3-cü maddəsinin tələblərini pozduqda;
2. bu Qanunun 7.3.2-ci və 8.9-cu maddələrində nəzərdə tutulmuş hallarda;
3. fəaliyyəti dayandırılmış siyasi partiya bu Qanunun 4.13-cü maddəsinin birinci cümləsinin tələblərini pozduqda;
4. dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4 500-dən aşağı olduqda.
Siyasi partiyanın bu Qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş hallarda ləğvi siyasi partiyaya qarşı tətbiq edilə biləcək ən son zərurət tədbiri hesab edilir.
Siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsinin qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir.
Siyasi partiyanın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.
Siyasi partiyanın ləğvi ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ