Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 5 nəfər saxlanılıb
Tarix: 4-01-2023, 09:50
Baxılıb: 246
Google+ Paylaş
Tumblr Paylaş

Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 5 nəfər saxlanılıb

4-01-2023, 09:50

Reportyor.tv - Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iki gündə keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz
dövriyyəsini həyata keçirən 5 nəfər tutulub. Onlardan 3 kiloqram narkotik vasitə
aşkar olunaraq götürülüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə,
şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun
əməkdaşları tərəfindən keçirilən ilk əməliyyat zamanı əvvəllər də bir neçə dəfə
məhkum olunmuş Radik Hacıyev saxlanılıb. Onun üzərinə, eləcə də yaşadığı
ünvana baxış keçirilərkən ümumilikdə 1 kiloqram 400 qramdan artıq qurudulmuş
marixuana aşkarlanıb.
Keçirilən digər əməliyyatlar nəticəsində isə daha 4 nəfər rayon sakini –
Rəşad İsmayılov, Nicat Məmmədov, Murad Səlimov və Taleh Əzizov tutularaq
istintaqa təhvil veriliblər. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 1 kiloqram
500 qram marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı məlum olub ki,
saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətləri törətdikləri üçün məhkum
olunmuş şəxslərdir.
Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam
etdirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ