Ukraynadakı savaşdan sonra Rusiyadan qaçan milyarderlər - hərəsinin bir bəhanəsi var
Tarix: 2-01-2023, 17:55
Baxılıb: 312
Google+ Paylaş
Tumblr Paylaş

Ukraynadakı savaşdan sonra Rusiyadan qaçan milyarderlər - hərəsinin bir bəhanəsi var

2-01-2023, 17:55

Ötən ilin fevralın 24-dən sonra milyard dollarlıq sərvətinin böyük hissəsini itirən dörd milyarder və Oleq Tinkov Rusiya vətəndaşlığından imtina edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Bütün bu iş adamlarının ölkədən getmə səbəbləri müxtəlifdir, lakin əksəriyyəti ağlabatan bəhanə tapmağı bacarıb.

İlk beşliyin birincisi maliyyəçi Timur Turlovdur. “Freedom” holdinqinin təsisçisi 2022-ci ilin yayında Qazaxıstan vətəndaşı olub, bundan əvvəl isə Rusiya pasportundan imtina edilib.

Onun ardınca “Troyka Dialoq”un keçmiş rəhbəri Ruben Vardanyan, texnologiya sektorunun investoru Yuri Milner, “Revolut” ödəniş xidmətinin yaradıcısı Nikolay Storonski və keçmiş bankir Oleq Tinkov gəlirlər.

Timur Turlov (2,4 milyard dollar) 2022-ci il iyunun əvvəlində iş adamı Qazaxıstan pasportunu aldığını açıqlayıb. “İnanıram ki, Qazaxıstan öz sülhsevər və qonaqpərvər siyasəti sayəsində yeni, daha zəngin, daha səmərəli, ədalətli dövlət qura biləcək”, - deyə o, Facebook səhifəsində yazıb.

“Troyka Dialoq” investisiya şirkətinin təsisçisi Ruben Vardanyan (1,3 milyard dollar dəyərində) sentyabrın əvvəlində Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək qərarına gəlib.

“DST Global” investisiya şirkətinin təsisçisi Yuri Milner (7,3 milyard dollar) Rusiya pasportundan imtina etməsinin səbəblərini rəsmən açıqlamasa da, ölkənin xarici siyasəti ilə razılaşmadığını gizlətməyib.
“2014-cü ildə, Krımın Rusiyaya ilhaqından sonra mən və ailəm Rusiyanı birdəfəlik tərk etdik. Və bu yay biz Rusiya vətəndaşlığımızdan imtina prosesini rəsmən başa çatdırdıq”, – deyə o, Twitter-də izləyicilərinə bildirib. Milner İsrail pasportunu özündə saxlayır və 2011-ci ildən ABŞ-da yaşayır.

"Revolut"un qurucusu Nikolay Storonskinin (7,1 milyard dollar) sözçüsü onun oktyabrın sonunda Rusiya vətəndaşlığından imtina etdiyini bildirib. Rəsmi olaraq, bu qərarın səbəbləri izah edilməyib.

Lakin Forbes-ə verdiyi müsahibədə “Revolut”un nümayəndəsi müharibə başladıqdan sonra şirkətin Ukraynadakı işçilərinə başqa ölkələrə və ya bölgələrə köçməyə kömək etdiyini xatırladıb.

Tinkoff Group-un təsisçisi Oleq Tinkov (0,86 milyard dollar) İnstaqram səhifəsində müvafiq sənədi yerləşdirərək Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayıb. O, Rusiyanın Ukraynadakı hərəkətlərinə qarşı olduğunu və baş verənlərlə əlaqəli olmaq istəmədiyini izah edib. Tinkov digər rusiyalı iş adamlarını da ondan nümunə götürməyə çağırıb. İndi iş adamı Cənubi Kipr pasportu ilə yaşayır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ