Bakıda 201 min manatlıq dələduzluq edən şəxsə hökm oxundu
Tarix: 2-12-2022, 10:59
Baxılıb: 178
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda 201 min manatlıq dələduzluq edən şəxsə hökm oxundu

2-12-2022, 10:59

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlqar Mustafayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Musavat.com-un Pravda.az-a istinadla məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, İlqar Musatafayev etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş Hafiz Sabirova (şərti) məxsus paytaxt ərazisindəki 74,7 kv metr olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarışın 40 000 ABŞ dolları məbləğində pula alacağını vədi verib. Zərərçəkmiş həmin pulu ona verib. Lakin İlqar həmin ərazini öz adına rəsmiləşdirib. , 4 mart 2016-cı il tarixdə obyektin faktiki sahibi Hafiz Sabirovun xəbəri olmadan 129 978 manat dəyərində olan qeyri-yaşayış sahəsini 3 saylı Notariat Kontorunda 24 000 manata digər şəxsə satıb onunla alqı-satqı müqaviləsi bağlayıb.
Bununla da o, Hafiz Sabirova ümumilikdə 161 178 manat maddi ziyan vurub.
Bundan başqa, o, digər şəxsə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 18 sot torpaq sahəsinə asanlıqla Dövlət Reyestr Xidmətindən torpaq sahəsinin mülkiyyətinə dair “Çıxarış” alacağına yalandan vəd verib, onun 40 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ