1 dekabr – Laçın günü
Tarix: 1-12-2022, 10:50
Baxılıb: 258
Google+ Paylaş
Tumblr Paylaş

1 dekabr – Laçın günü

1-12-2022, 10:50

Azərbaycan Respublikasının Laçın rayonunun işğalı 28 il çəkdi. 28 il – necə deyərlər, bir igid ömrü! Bu 28 il içində necə igidlərimiz ərazi bütövlüyümüzü bərpa etmək yolunda şəhid oldu, neçə igidimiz sağlamlığını itirdi, necə ömürlər yarım qaldı, nə təhər diləklər puç oldu... Daha doğrusu, puç olmalar işğala götürən günlərdə, həftələrdəydi: Laçının işğalının qarşısını almağa bəslənən ümidlər Şuşanın işğalından sonra öləzimiş və nəhayət 18 may 1992-ci ildə Laçın qaralara boyanmışdı... – Heç bir işğal rəngli deyil, heç bir işğal yaxşı ola bilməz, heç bir işğal işğalöncəsindən ötə deyil, təbii...
Və o gündən Laçın üçün uzun, üzücü, ömüryeyən üçonillik dönəm başlamış oldu... Ta ki iki il bundan öncə - 01 dekabr 2020-ci ilədək Laçına həsrət qaldıq, ömrümüzdən ömür kəsildi, günümüz göy əskiyə büküldü...
 
Laçın rayonunun işğala məruz qalması Ermənistan Respublikası ilə Qarabağın dağlıq hissəsi arasında birbaşa coğrafi bağlantı yaratmış oldu – artıq ermənilər  “Laçın dəhlizi”ndən asılı deyildi – bütün Laçın ermənilərçün “dəhliz”ə çevrilmişdi... Bu isə digər torpaqların taleyini qara buludlar altına alırdı... Şuşa və Laçının necə fövqəladə rola, təsir imkanına malik olduğunu 1992-ci ildə olduğu kimi, 2020-ci ildə də gördük. Şuşa və Laçın bir-biri ilə elə bağlara malikdir, hərdən düşünürsən ki, bu yalnız coğrafi amillərlə bağlı deyil, burada ruhi energetika var, onlar bir yerdə qorunmalı, bir yerdə azad olunmalı, bir yerdə düşünülməliydi – necə ki belə də oldu. Əlbəttə, Laçın, Şuşa ayrılıqda (və bir yerdə) nə qədər fərqlilik, özəllik daşımış olsa da, onlar bir bütövün parçalarıdır. Qarabağ, Şərqi Zəngəzur Azərbaycandır! Və Şərqi Zəngəzur varsa, təbii, Qərbi Zəngəzur da var. Bir yerin şərqi, qərbi o yerin adına köçübsə, deməli, zamanında bir ərazi vahidi olub; deməli, vahidlik pozulub; deməli, Laçın da daxil olmaqla, Şərqi Zəngəzurun, Qarabağın aran hissəsinin işğalı, müvafiq olaraq, Qərbi Zəngəzuru, Qarabağın dağlıq hissəsini unutdurmağa, ikinci plana keçirməyə (də) xidmət edib...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ