“Paşinyan Ermənistanı tam çökdürmək istəyir” - baş nazirə erməni ittihamı!
Tarix: 1-12-2022, 10:13
Baxılıb: 292
Google+ Paylaş
Tumblr Paylaş

“Paşinyan Ermənistanı tam çökdürmək istəyir” - baş nazirə erməni ittihamı!

1-12-2022, 10:13

10 noyabr üçtərəfli bəyanatın imzalanmasından 2 ildən artıq vaxt ötsə də, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Ümumiyyətlə, bu bəyanata yalnız Azərbaycan əməl edir, verdiyi sözü tutur. Ermənistan və Qarabağdakı qondarma rejim isə əksər bəndlərin icrasından imtina edir.
Buraya xüsusilə qanunsuz silahlı dəstələrin Qarabağdan çıxarılması, Azərbaycanın icra strukturlarına tabelik və sair aiddir. Rusiya sülhməramlıları isə qanunsuz birləşmələrin mövcudluğuna, onların mütəmadi olaraq təxribatlar törətməsinə göz yumur. Üstəlik, Qarabağda MÜVƏQQƏTİ yerləşdirilmiş Rusiya hərbi kontingenti davamlı şəkildə Azərbaycan vətəndaşlarının heysiyyətinə toxunan açıqlamalar yayır. Sonuncu halda yayılmış günlük bülletendə Azərbaycanın Şuşa istiqamətindən “Dağlıq Qarabağın hərbi birləşmələrinin postunu” (?!) atəşə tutduğu barədə sərsəm açıqlama yayılıb. Eyni zamanda əvvəlki qaydada milli toponimlərimiz erməniləşdirilmiş formada təqdim olunub. Azərbaycan Müdafiə Nazirliyi isə cavabında “Rusiya Federasiyasının sülhməramlı kontingentinin müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur”, deyə bildirib. Qeyd olunub ki, Azərbaycan ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsi ilə bağlı bir daha qeyd etmək istəyirik ki, bu YOLVERİLMƏZDİR. “Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq və bu çağırışımıza əməl olunacağına ümid edirik. Bundan başqa, ölkəmizin adının da paylaşdıqları xəritədə düzgün qeyd olunmasını tələb edirik. Bir daha xatırlatmağı özümüzə borc bilirik ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 29.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və “Martuni” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müavafiq olaraq AĞDƏRƏ, XOCAVƏNDDİR". Məlumatda daha sonra deyilir: “Sülhməramlı kontingentin həmin məlumatda qeyd etdiyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Şuşa istiqamətində atəş açılması və nəticədə iki nəfərin yaralanması barədə xəbərin də heç bir real əsası yoxdur, tamamilə yalandır. Bu məlumatı qəti surətdə təkzib edirik”.
Belə bir durumda təbii ki, Azərbaycanın səbri sonsuzadək davam edəsi deyil və dövlətimiz, heç şübhəsiz, adekvat tədbirlər görəcək. Proseslərin gedişi göstərir ki, artıq bu adekvat tədbirlərin reallaşdırılması an məsələsidir. Ermənilər özləri də bunu anlayırlar və təşvişlərini gizlətmirlər. Məsələn, Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan həyəcan təbili də çalıb, dolayısı ilə Ermənistan hakimiyyətinin pozuculuğunu etiraf edib: “Hər şey öz axarı ilə gedirdi. Hadisələr İrəvanda Rusiya Prezidenti Vladimir Putinin də yer aldığı KTMT sammitində Ermənistan Baş naziri Nikol Paşinyanın yekun sənədlərə qol çəkməkdən imtina etməsindən sonra dəyişdi. Kreml bu dəfə İrəvanı cəzalandırmaq qərarına gəlib. Hər şey Ermənistanın tam olaraq dövlətçiliyinin bitməsi ilə başa çata bilər. Yaxın zamanlarda Azərbaycan Ordusu üçtərəfli bəyannamənin bütün bəndlərinin icrasını geniş bir hərbi əməliyyat nəticəsində həll edəcək. Buna artıq Kreml də göz yumacaq, KTMT də. Çünki KTMT-nin köməyindən İrəvan özü imtina etdi. Özü özünün qəbrinin ağzını açdı. Hər şey çox tez baş verəcək. İrəvan özünə gələnə qədər Azərbaycan Ordusu bütün qoyulan tapşırıqları yerinə yetirəcək”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ