Almaniya parlamenti Qolodomoru soyqırım aktı kimi tanıyıb
Tarix: 1-12-2022, 09:54
Baxılıb: 261
Google+ Paylaş
Tumblr Paylaş

Almaniya parlamenti Qolodomoru soyqırım aktı kimi tanıyıb

1-12-2022, 09:54

Almaniya parlamenti Qolodomoru soyqırım aktı kimi tanıyıb.
APA “Deutsche Welle”-yə istinadən xəbər verir ki, Almaniya Bundestaqı 1930-cu illərdə Sovet lideri Stalinin siyasəti nəticəsində Ukraynada milyonlarla insanın ölümünə səbəb olan aclığı soyqırım elan edib.
Qətnamədə Qolodomor insanlığa qarşı cinayət adlandırılıb.
“Baş verənlərə görə Stalinin rəhbərliyi altında Sovet İttifaqının siyasi heyəti məsuliyyət daşıyırdı”, - deyə bildirilib.
Kansler Olaf Şoltsun hakim koalisiyasına daxil olan üç partiya - Sosial Demokratlar, Yaşıllar və Azad Demokratlar, eləcə də əsas müxalifətdə olan Xristian Demokratlar və Xristian Sosial İttifaqı Bundestaqda qətnamənin lehinə səs verib.
 
Instagram


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ