"Cəbhədə vəziyyət ağırdır" - Zelenski
Tarix: 30-11-2022, 13:26
Baxılıb: 325
Google+ Paylaş
Tumblr Paylaş

"Cəbhədə vəziyyət ağırdır" - Zelenski

30-11-2022, 13:26

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun Ukraynanın Donetsk cəbhəsində ağır itkilər verməyə davam etdiyini deyib.
Sonxeber.az xəbər verir ki, Zelenski gecə saatlarında Telegram hesabında paylaşdığı videomüraciətdə Rusiya-Ukrayna müharibəsinin davam etdiyini xatırladıb.
"Cəbhədə vəziyyət ağırdır" ,- deyə prezident qeyd edib.
Zelenski bəyan edib ki, Rusiya qüvvələri Luqansk vilayətində nəzarət etdikləri yaşayış məntəqələrini tutmağa, Xarkov vilayətində və Ukraynanın cənubunda irəliləməyə çalışır.
"Biz artıq Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ilə əməkdaşlıq qurmuşuq və bu əməkdaşlığı artıracağıq. Təəssüf ki, mövcud beynəlxalq hüquqi sənədlər (Ukrayna müharibəsi məsələsində) ədalət üçün kifayət deyil" ,- Zelenski əlavə edib.
Zelenski iddia edib ki, Ukraynada başlayan müharibədə günahkarların mühakiməsi üçün xüsusi beynəlxalq məhkəmə də yaradılmalıdır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ