Qanunsuz sərnişindaşımanın qarşısını almaq üçün hansı tədbirlər görülür? - AÇIQLAMA
Tarix: 30-11-2022, 11:49
Baxılıb: 240
Google+ Paylaş
Tumblr Paylaş

Qanunsuz sərnişindaşımanın qarşısını almaq üçün hansı tədbirlər görülür? - AÇIQLAMA

30-11-2022, 11:49

Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin olmasına baxmayaraq hələ də bir sıra regionlara hərəkət edən nəqliyyat vasitələrinin şəhərin digər nöqtələrində toplaşması halları var. Regionlara hərəkət edən nəqliyyat vasitələrinin avtovağzal kompleksindən kənarda sərnişin daşımasının qarşısını almaq üçün hansı işlər görülür?
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, "COVID-19" pandemiyası dövründə Nazirlər Kabinetinin qərarı ilə avtovağzallarda sərnişindaşıma müəyyən müddətə dayandırıldı. "Həmin dövrdə xeyli sayda qeyri-qanuni daşımalar baş verdi. Şəhərlərarası sərnişin daşımaları bərpa edildikdən sonra daşıyıcıların və avtovağzal sisteminin fəaliyyətində çətinliklər yarandı. Çünki avtovağzallara daxil olmadan və kassalardan bilet almadan sərnişinlərin daşınması həyata keçirilirdi.
Heç bir texniki yoxlamadan keçməyən və bəzi hallarda sərnişindaşıma tələblərinə cavab verməyən avtobuslarla avtovağzallardan kənar, qanunsuz reyslərin edilməsi həm avtovağzalların, həm də daşıyıcıların rentabelliyinə mənfi təsir göstərir.
Bununla bağlı əvvəlcə iri daşıyıcılar, daha sonra avtovağzal rəhbərləri ilə görüş keçirilib. Görüşlərdə sərnişindaşıma sahəsində çatışmazlıqların müəyyənləşdirilməsi, onların həlli yolları, daşıyıcıların fəaliyyəti, sahibkarların qarşılaşdığı problemlər müzakirə olunub. Onlardan problemlərin həlli ilə bağlı təkliflər alınıb. Bu təkliflər əsasında avtovağzalların işinin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən sərnişindaşıma üzrə bilet satışının elektronlaşdırılması nəzərdə tutulur", - açıqlamada deyilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ